`Türkiyə Qarabağı qaytarmağımızı tələb edib` - Arutyunyan

`Türkiyə Qarabağı qaytarmağımızı tələb edib` - Arutyunyan
Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi Ermənistanı təşvişə salıb. Femida.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan mətbuat konfransında bildirib. Keçmiş nazir ölkənin müstəqillik qazanmasından indiyədək Türkiyənin Ermənistanla bağlı apardığı siyasətə diqqət yetirməyə çağırıb. "1990-cı illərdə Türkiyə üçüncü səhra ordusunu sərhədlərimizdə yerləşdirərək Qarabağı qaytarmağımızı tələb edib. Türkiyə Ermənistan ilə sərhədi bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətimiz yoxdur, bu isə düşmənçiliyin təzahürüdür. Türkiyə Rusiya bazasının və Rusiya sərhədçilərinin çıxarılmasını, AES bağlanmasını tələb edirdi. Türkiyə Ermənistanın yox olması üçün hər şey edir”-deyə Arutyunyan bildirib. Qeyd edək ki, Türkiyə ordusu Tansu Çillərin başçılıq etdiyi hökumətin vaxtında Ermənistanla sərhədə gətirilmişdi . O zaman Ermənistan Müdafiə Nazirliyinə Vaqarşak Arutünyan başçılıq edirdi.

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...