Türkiyə: partlayışlarda ölənlərin xatirəsi anılır

Türkiyə: partlayışlarda ölənlərin xatirəsi anılır

Bugün Türkiyədə şənbə günü paytaxt Ankarada törədilmiş iki partlayışda ölənlərin xatirəsi anılır.

Oktyabrın 10-da Ankarada dinc aksiya zamanı baş vermiş iki partlayış nəticəsində rəsmilərin bugünə verdiyi məlumata əsasən, azı 95 nəfər həlak olub, 246 adam yaralanıb, onlardan 48 nəfərin vəziyyəti ağırdır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Türkiyənin müasir tarixində hökümətin ən qanlı "terror hadisəsi" adlandırdığı dünənki faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan olunub.

Baş nazir Ahmet Davutoglu partlayışların iki intiharçı tərəfindən həyata keçirilməsinə dair sübutların olduğunu bildirib.

Ankarada dünənki partlayışlar ölkədə noyabrın 1-ə təyin olunmuş təkrar parlament seçkilərinə 3 həftə qalmış baş verib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR