Türkiyə parlamentinin spikeri: “Azərbaycanda FETÖ-yə işləyən KİV-lər var”

Türkiyə parlamentinin spikeri: “Azərbaycanda FETÖ-yə işləyən KİV-lər var”
Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin FETÖ ilə mübarizəsini yüksək qiymətləndirib.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla belə, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, FETÖ-yə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini davam etdirməsindən təəssüfləndiyini bildirib.

"FETÖ  ilə mübarizədə əməkdaşlıq iki qardaş ölkənin tərəfdaşlıq ruhuna cavab verir”, – Şentop deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyənin xarici siyasətində önəmli yer tutur və Ankara regional və beynəlxalq səviyyədə Bakının maraqlarının müdafiəsinə can atır.

Spiker həmçinin Azərbaycanla Şimali Kipr Türk Respublikasının (ŞKTR – KKTC) dialoqunun əhəmiyyətini qeyd edib.

"ŞKTR parlamentinin nümayəndə heyətinin Bakıya səfəri faydalı oldu. Azərbaycanın dəstəyi kiprli türklərin mənəvi durumu və Kiprdə münaqişənin ədalətli tənzimlənməsi baxımından vacibdir”, – Şentop vurğulayıb.

Öz növbəsində, Milli Məclisin spikeri türkiyəli həmkarını yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.

Əsədov xatırladıb ki, bu günə qədər Bakı ilə Ankara arasında 230 müxtəlif saziş imzalanıb və 30 saziş də imzalanmağa hazırlanır.


OXŞAR XƏBƏRLƏR

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...