Türkiyə ordusu Ermənistan sərhədində: nazir müharibə ANONSU VERDİ - FOTO

Türkiyə ordusu Ermənistan sərhədində: nazir müharibə ANONSU VERDİ - FOTO
Türkiyə Ermənistanla sərhəddə, Qars vilayətində genişmiqyaslı hərbi təlimlər keçirir.
 
 "Qış-2019” təlimlərində 15 ölkədən hərbçilər iştirak edir.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təlimləri izləyən müdafiə naziri Hulusi Akarın telefonunda hərbçilərə müraciət edib. Hulusi Akar Türkiyə sərhədlərində terror dəhlizinin yaradılmasına icazə verilməyəcəyini ifadə edib.
 
"Fəratın şərqi və Münbiçi YPG-den təmizləməkdə qərarlıyıq”, - Türkiyənin müdafiə idarəsinin başçısı deyib.
Təlimlərə 5 "ATAK” helikopteri, 1 "CH-47 Chinook” helikopteri, 4 "F-16” qırıcısı, 2 "CN-235 CASA” təyyarəsi, 402 zirehli texnika, 762 silah və 2087 hərbçi cəlb edilir.
 
Təlimləri Hulusi Akarla yanaşı, Baş qərargah başçısı general Yaşar Gülər ​​və ordu komandanları izləyir.Publika



OXŞAR XƏBƏRLƏR