Türkiyə ordusu bombalayır: Əsədin əsgərləri qaçıb-gizlənir - Ruslar ŞOK GÖRÜNTÜLƏRİ yaydı

Türkiyə ordusu bombalayır: Əsədin əsgərləri qaçıb-gizlənir - Ruslar ŞOK GÖRÜNTÜLƏRİ yaydı
"Türkiyə ordusunun Suriyadakı əməliyyatları müharibənin gedişatını dəyişdi”.
Sfera.az xəbər verir ki, Suriyada Rusiya ordusunu müşayiət edən hərbi jurnalist açıqlamalarında belə qeyd edib. Türkiyə ordusunun hədəfə aldığı məntəqələrdə müşahidələr aparan jurnalist bildirib ki, pilotsuz aparatlar hücum etdiyi əraziləri yerlə bir edib:

"Türk pilotsuz aparatları Suriya səmasında görünəndən sonra müharibənin gedişi dəyişib.Suriyalı hərbçilər gizlənmək məcburiyyətində qalır. Hərbi texnikaları məcbur olub gizlədirlər. Hərəkət edən bütün vasitələr vurulur. Sürətlə hərəkət edən bilən motosikletlər belə hücumdan yayına bilmir. Bunları Əsədin əsgərləri danışdı mənə. Onlar hərəkət etməyə çəkinir”.

Qeyd edək ki, İdlibdə 33 hərbçinin həlak olmasından sonra Türkiyə ordusu Suriyanın hökumət qüvvələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb. 2 mindən çox suriyalı hərbçi zərərsizləşdirilib.
 
Publika.az
 


OXŞAR XƏBƏRLƏR