Türkiyə kürd referendumu ilə bağlı bəyanat yayıb

Türkiyə kürd referendumu ilə bağlı bəyanat yayıb

İraq Kürd Muxtariyyətinin təşkil etdiyi müstəqillik referendumunun bizim üçün hökmü yoxdur.

Bu barədə Türkiyə XİN açıqlama yayıb.

"Referendumu müşahidə etdiyimiz müddətdə mövcud vəziyyəti istismar etməyə çalışan bəzi radikal ünsürlərin və terrorçuların milli təhlükəsizliyimizi hədəf alan tədbirlərə təşəbbüs göstərəcəyi, İraq daxilində milli təhlükəsizliyimizə hər hansı təhdid baş verəcəyi halda beynəlxalq hüquq və TBMM-in bizə verdiyi bütün haqlardan istifadə edərək istənilən tədbir tərəfimizdən görüləcəkdir”, - XİN-in açıqlamasında deyilir.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində bu gün müstəqilliklə bağlı referendum keçirilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR