\"Türkiyə kimi digər dövlətlər də Xocalı soyqırımını gündəmdə saxlamalıdır\" - AKP-çi deputatdan ÇAĞIRIŞ

\
"Xocalı soyqırımı təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin faciəsidir".

Bu sözləri Sfera.az-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, hakim ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputat Necdet Ünüvar bildirib. 

Türkiyəli millət vəkili 26 il öncə bütün dünyanın gözü qarşısında Xocalıda ermənilər tərəfindən soyqırım törədildiyini söyləyib:

"Beynəlxalq ictimaiyyət yüz il bundan əvvəlki heç bir əsası olmayan qondarma "soyqırım”ı müzakirə etməkdənsə, real faktlar, sənəd və videogörüntüləri olan Xocalı soyqırımını müzakirə etməlidir. Bunun üçün canlı şahidlər var. Əgər Xocalı soyqırımı törədilən zaman dünya ictimaiyyəti buna göz yummasaydı, indi dünyada insanlıq əleyhinə başqa cinayətlər törədilməzdi”.

Necdet Ünüvar bəyan edib ki, Türkiyə kimi digər türkdilli və müsəlman dövlətləri də Xocalı soyqırımını hər zaman gündəmdə saxlamalıdır: 

"Ermənistan tərəfi Xocalı soyqırımını törədənləri cəzalandırmaq əvəzinə, onları qəhrəman elan edərək dövlət vəzifələri verdi. Ancaq bütün bunlar çox davam edə bilməz. Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün heç nəyə nail olmayıb. Əksinə, bu gün işğalçı Ermənistan bölgənin ən kasıb ölkəsinə çevrilib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilk növbədə Ermənistanın xeyrinədir. Ermənistan xalqı və rəhbərliyi artıq bunu dərk etməlidir". 
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...