Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək - Merkeldən SƏRT ÇIXIŞ

Türkiyə İmamoğluna görə Avropa İttifaqına üzv ola bilməyəcək - Merkeldən SƏRT ÇIXIŞ
"Türkiyə bələdiyyə seçkilərinin nəticəsini ləğv etməklə Avropa İttifaqına üzvlük üçün sahib olduğu üstünlüyünü itirdi”.
Bunu Almaniya kansleri Angela Merkel deyib.
"Süddeutsche Zeitung” qəzetinə açıqlama verən kansler bildirib ki, seçkilərdən sonra yaşanan hadisələr Türkiyəni Avropa İttifaqına üzv olmağa yaxınlaşdırmayıb: "Seçkilərdən sonrakı hadisələr Türkiyənin Avropa İttifaqına üzv olmasına ehtimal vermir. Əksinə, bu ölkənin inkişaf yolu ilə bağlı təşviş yaradır. Mən hər zaman Türkiyənin tam üzv ola biləcəyini xəyal edə bilmədiyimi söylədim”.


Merkel bundan sonra Almaniyanın Türkiyə ilə olan xüsusi münasibətlərinə diqqət çəkib: "Siyasi dəyərlər haqqındakı fikirlər çox məqamda fərqli olur, ancaq ortaq maraqlar da var. Buna misal olaraq Suriyadakı böhranın həlli və terrorla mübarizəni göstərə bilərik”.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 31 martda keçirilib. Seçkilərdə İstanbul üzrə kiçik fərqlə Binəli Yıldırıma qalib gələn Əkrəm İmamoğluna 17 gündən sonra bələdiyyə sədrinin diplomu təqdim olunub. Bir neçə gün sonra isə Türkiyə Ali Seçki Komissiyası seçkilərin nəticələrini ləğv edib və yenidən keçiriləcəyini açıqlayıb.Publika

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...