Türkiyə gündəmini sarsıdan iddia

Türkiyə gündəmini sarsıdan iddia

50 gündən çoxdur küçəyə çıxmaq qadağasının davam etdiyi Türkiyənin Şirnak vilayətinin Cizrə şəhərindəki PKK terrorçularının olduğu bina ilə bağlı maraqlı iddialar var. ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Cizrədəki Gənclik Prospektində, 23 nömrəli binaya çoxlu sayda PKK-lı sıxışdırılıb. Bəzi məlumatlara görə, 30, digərinə görə isə, 26 PKK-lı yaralı olaraq sığındıqları binada qalıb.


Məlumat yayıldıqdan sonra PKK və HDP (Xalqların Demokratik Partiyası) binada olanları qurtarmaq üçün əlindən gələni etməyə çalışır. Əvvəl PKK-lıların təcili yardım maşınları ilə uzaqlaşdırılması məsləhət görülüb. Amma gedən təcili yardım maşınları və təhlükəsizlik əməkdaşlarına binadan atəş açılıb. Binadakı və ətrafındakı 6 evdən açılan atəş nəticəsində bugünədək 2 təhlükəsizlik əməkdaşı şəhid olub.

Bundan sonra, PKK və HDP “təcili yardım maşınlarınızı, əsgərlərinizi uzaqlaşdırın, adamlarımızı özümüz xilas edəciyik” deyə təklif edib.

Ancaq yeni iddia Türkiyə gündəmini dəyişib. Kəşfiyyatçıların əldə etdiyi məlumata görə, 23 nömrəli bina PKK-nın bölgədəki qərargahı imiş və 3 ildir heç kim o binaya yaxın buraxılmırdı. Məhəllənin muxtarı və sakinləri də 3 ildir yad adamların oraya girib-çıxdığını və binanın qeydiyyatının olmadığını açıqlayıb.

Daha sonra HDP-li millət vəkili Osman Baydəmir məclis kürsüsündən yumruğunu vuraraq və hönkür-hönkür ağlayaraq, terroristlərin xilas olması üçün yalvarıb.

Osman Baydəmir, Faysal Sarıyıldız və Səlahəddin Dəmirtaş kimi HDP-lilərin binadakıları xilas etmək üçün göstərdikləri səy yeni bir iddia ilə unuduldu. İddialara görə, o binada hazırda PKK-ya dəstək vermək üçün Cizrəyə gələn rus generalı və PKK-nın səlahiyyətli şəxsləri var. 

OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...