Türkiyə Gömrük İttifaqına qoşulur? - Səfir
16:40 / 30.08.2017
1122
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyənin Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı informasiyaya münasibət bildirib.
Səfir jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı dəqiq qərarın olmadığını söyləyib.
"Bu, iqtisadi və siyasi məsələdir. Bu məsələ dəqiqliklə qiymətləndiriləcək və sonradan yekun qərar veriləcək", - o deyib. (report)
Sfera.az