"Türkiyə etibarsız tərəfdaşdır"
Dünya
10:20 / 19.01.2019
1447
ABŞ-ın sabiq İŞİD-lə mübarizə koalisiyasının xüsusi nümayəndəsi Brett Makqark Türkiyənin Suriya məsələsində etibarlı tərəfdaş olmadığını bildirib.
O, "Washington Post" qəzetnə yazdığı məqalədə Türkiyənin Suriya məsələsində etibarlı tərəfdaş olmadığını qeyd edib.
Türkiyənin Suriyada təkfirçi qruplarına dəstək verdiyini yazan Makqark, bu qrupların çox kiçik olduğunu və buna görə də ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri"nə (SDQ) alternativ olmayacağını deyib. "Türkiyə ABŞ-ın böyük dəstəyi olmadan Suriyada təkbaşına hərəkət etmə qabiliyyətinə malik deyil. Hazırda Türkiyənin dəstəklədiyi silahlı qrupların SDQ-nin yerləşdiyi Suriyanın şimal-şərqinə yerləşdirilməsi ilə bağlı danışıqlar aparılır", - deyə Brett Makqark yazısında bildirib. Qeyd edək ki, Bret Makqark ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra istefa vermişdi.