Türkiyə Ermənistanla sərhədə xüsusi təyinatlıları cəlb etdi

Türkiyə Ermənistanla sərhədə xüsusi təyinatlıları cəlb etdi
Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardmançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib. 

Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir. 

Ağrı əyaləti Jandarm Komandanlığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları ilə yanaşı, bütün bölgədə fasiləsiz olaraq aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl terrorçu PKK qruplaşması silahlılarının Ağrı əyaləti ərazisindən Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçdikləri haqda məlumat yayılmışdı. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...

53 abituriyent buraxılış imtahanından maksimum bal toplayıb - ADLAR

Xəbər verdiyimiz kimi, 10 mart 2024-cü il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.  ...

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmə...