Türkiyə “Bozqurd” qadağasına görə nota verdi

Türkiyə “Bozqurd” qadağasına görə nota verdi
Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya parlamentinə "Bozqurd” işarəsi ilə bağlı etiraz notası göndərib.

Sfera.az xəbər verir ki, Avstriya parlamentinin qəbul etdiyi "Rəmz qanunu” layihəsində "Bozqurd” işarəsi terrorçu PKK qruplaşmasının rəmzi ilə eyni siyahıya daxil edilib. 

Türkiyə Xarici İşlər Nazirliyi bunun qəbuledilməz olduğunu vurğulayaraq, Avstriya parlamentinin bu addımını sərt şəkildə qınadığını bildirib. Nazirlik Avstriya ali qanunverici orqanının "Bozqurd” işarəsinə münasibətini "populist”, "qalmaqal yaradacaq” hadisə adlandırıb. Bildirilib ki, parlamentin qəbul etdiyi bu qanun layihəsi 2019-cu il martın 1-də qüvvəyə minəcək.

"Avstriya ağıl və məntiqdənkənar qərarıyla, sadəcə, bu işarədən istifadə edən partiya və onun dəstəkləyənləri deyil, bütün siyasət qurumunu və qanuni siyasətin əsasını hədəf alıb. Avstriyanın bu hərəkətinin ikitərəfli əlaqələrimizə ciddi mənfi təsiri olacaq. Avstriyanın populizmi körükləyən dalan siyasətindən əl çəkərək bu yoldan dönməsini gözlənilməkdədir. Əlaqələrimizdə fanatizm və populizmin yerini sağlam ağıla verməsi vacibdir”, - notada qeyd olunub. 


OXŞAR XƏBƏRLƏR

Prezident: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması – Red.) 230 min hektar əkin sahəsini əhatə edəcək.   Sfera.az xəbər verir...

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu BİLDİRDİ

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour&rdquo...

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layih...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...