Gündəm

Türkiyə "Barış bulağı" əməliyyatını dayandırdı, Tramp Ərdoğanı "əsl dost" adlandırdı

Türkiyə
Türkiyə rəsmi şəkildə bəyan edib ki, Suriya ərazisində başlatdığı hərbi əməliyyatları dayandırır.

"Suriya ərazisində "Barış bulağı” əməliyyatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terrorçular tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və bu halda mövcud sanksiyalar da aradan qaldırılacaq”, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sfera.az xatırladır ki, o bu fikirləri ABŞ-dan gələn heyətlə görüşdən sonra tərəflərin verdiyi qərarları açıqlayarkən bildirib. Nazir deyib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrın 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq.

"Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terrorçunun qalmamasıdır və biz bu məqsədimizə nail olacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah-sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik”, - deyə Çavuşoğlu vurğulayıb.

ABŞ isə Ankaranın bu qərarından dərhal sonra Türkiyəyə qarşı yeni sanksiyalarına ehtiyac qalmadığını bəyan edib. Bununla bağlı fikirlərini çatdıran ABŞ prezidenti Donald Tramp həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost” adlandırıb. ABŞ lideri bildirib ki, noyabrda Ərdoğanın Vaşinqtona səfərinə hazırdır.

Məlumat üçün bildirək ki, bundan bir qədər öncə isə ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğana heç bir diplomatik və ədəb qaydalarına sığmayan üslübda məktub göndərib. Həmin məktubda ABŞ dövlət başçısı Türkiyə prezidentini iqtisadiyyatı məhv edəcəyi ilə hədələyib və hətta ən sonda ona "axmaq” olmamağı tövsiyyə edib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930