Türk ordusu əməliyyatlara başlayır:Dəməşq-Tehran tandemi türk ordusuna qarşı vuruşacaq – Təhlil

Türk ordusu əməliyyatlara başlayır:Dəməşq-Tehran tandemi türk ordusuna qarşı vuruşacaq – Təhlil
Vladimir Muxin

Nezavisimaya gazeta, 11.04.2019

Rusiya hərbçiləri Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskvaya bu yaxındakı səfərindən sonra Ankaranın işğal etmək niyyətində olduğu Təl-Rifət şəhəri bölgəsində Hələb əyalətinin şimal torpaqlarını tərk edirlər. Bu haqda "Al-Masdar News” məlumat verib. Bunun tərəflərin uzlaşmasının nəticəsi olub-olmadığı bəlli deyil. Amma qeyd edək ki, rusiyalılar hələ bir həftə qabaq Təl-Rifət bölgəsində Türkiyə hərbçilərilə keşik çəkiblər.

Dəməşq qəti şəkildə qarşıdır ki, Təl-Rifət çevrəsindəki əraziyə Rusiya hərbi polisi bölmələrinin yerinə türklər nəzarət etsinlər. Türkiyə bir ildən bir qədər qabaq Moskvanın gizli dəstəyi ilə kürdlərin Afrinini işğal etməyə başlayıb, Bəşər Əsədin qoşunları isə Rusiya hərbçiləri kimi bu prosesə qarışmayıb. Bu gün durum başqadır. Görünür, Dəməşq Moskvanın məsləhətlərinə daha qulaq vermir və təcavüzə cavab verməyə hazırdır. Hətta bu məsələdə birbaşa Tehranla dialoq aparır. Belə bir mövqe Türkiyə Afrin kantonunu cəzasız işğal etdikdən sonra Suriyanın uğradığı itkilərlə bağlıdır.

Türk və ərəblərdən savayı əsasən kürdlər, ermənilər və druzların məskunlaşdıqları Afrin bir ildən sonra, demək olar, monotürk anklavı olub. Orada Türkiyə qanunları qüvvdədir və bri qayda olaraq, ərazini Türkiyə vətəndaşları, ya da onların suriyalı soydaşları idarə edirlər. Amma Türkiyə və ərəb KİV-lərinin məlumatına əsasən, Ərdoğan ərazini Hələb şəhərinədək, habelə Mənbici və Fəratdan şərqə Suriya-Türkiyə sərhədinin bütün şimal hissəsini 35 km dərinliyə qədər işğal etmək niyyətindədir. Təbii, Dəməşq və İran belə plana qarşıdır. Moskva isə bir il qabaqkı kimi bu məsələdə aydın mövqe göstərmir.

"Al-Masdar News” eyni zamanda xəbər verir: "Rusiyanın rəsməın getdiyinə baxmayaraq, Suriyanın ərəb ordusu şəhərdən çıxmaqdan imtina edib: əvəzində Təl-Rifət və qonşu kəndlər ətrafında müdafiəni gücləndirib. İran da Hələb əyalətinin şimal kəndistanındakı əsasən şiə şəhərləri əl-Zəhra və Nubldan çıxmaq haqda Türkiyənin tələblərini rədd edib”. "Hizbullah”ın dəstələri artıq bildiriblər ki, bu torpaqları Türkiyənin mümkün təcavüzündən qoruyacaqlar. Yalnız Dəməşqin və özəlliklə Moskvanın mənafeyində çətin həll olunacaq maraqlar münaqişəsi göz qabağındadır.

Rusiya rəhbərliyi Suriyanın ərazi bütövlüyünə dəstək ifadə edir, amma, görünür, Ərəb Respublikasının Türkiyə tərəfindən ələ keçirilməsiylə bağlı hərəkətlərə göz yumur. Dəməşq və Tehran bu hərəkətləri pisləyir. Və Astana prosesi çərçivəsində Suriya probleminin həllinə vahid yanaşmadan danışmaq lazım gəlmir. Hətta Moskva İsrailin Suriya ərazisinə bomba zərbələrinə qıcıq vermir. Son belə bombardman İsrail təyyarələrinin Suriya ərazisinin dərinliklərinə açıq fitnəkar uçuşuyla bağlıydı. Bununla belə, Rusiyanın hava hücumundan müdafiə vasitələri təcavüzə reaksiya verməyib, Suriya HHM isə düşmənin təyyarələrini vurmaqda gücsüz olub.

İsrail təyyarələrinin Hələbə cəzasız zərbələrindən sonra baş nazir Benyamin Netanyahunun Moskvaya təcili səfəri olub, eyni zamanda İsrail Müdafiə Ordusunun 37 il qabaq Livanda həlak olmuş serjantının cəsədinin İsrailə təhvil verilməsi baş tutub. Rusiya iddia edib ki, cəsəd Suriya rəhbərliyi ilə qarşılıqlı fəaliyyətdə tapılıb. Suriya dövlət televiziyası isə xəbər verib ki, SAXAL əsgərinin cəsədinin axtarışıyla məşğul olan "Rusiya özəl bölmələrinin” ölkə ərazisində fəaliyyəti haqda rəsmi Dəməşqə heç nə məlum deyildi.

Bu faktların hamısı bir şeydən danışır: Rusiya Suriyada Əsəd rejiminin və onun baş müttəfiqi İranın məqsədlərindən müəyyən qədər fərqlənən maraqlar güdür. Təbii, bu, beynəlxalq münasibətlərdə nadir hal deyil. Amma suallar doğur: Rusiyanın Suriyada iştirakının əsil hədəfləri və artıq uzun müddət permanent böhran yaşayan RF iqtisadiyyatı üçün bu iştirakın qiyməti hansıdır?

Dəməşq Colan təpələrinin hərbi yolla azd edilməsi imkanları haqda bildirib. Lakin düşünürük ki, çətin ki, Rusiya İsraillə SSRİ dönəmində olduğu kimi hərbi münaqişəyə girişsin. Halbuki İsraili özünün əsas düşməni sayan İran Suriyanın belə planlarını dəstəkləyir. Bu, bir daha ondan xəbər verir ki, Suriya problemi həlldən uzaqdır, onun həllində Rusiyanın iştirakı isə həcminin sezilməsi çox çətin olan resurs və vəsait tələb edir.

Və hər şeyə əsasən, güman etmirəm ki, RF-nin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq uğurları Moskvanın sonu görünməyən Suriya kampaniyasındakı xərclərinin yerini doldurar.

Tərcümə Strateq.az-ındır.

OXŞAR XƏBƏRLƏR