Türk mediası Rasimin qatilini qəhrəman elədi - FOTO

Türk mediası Rasimin qatilini qəhrəman elədi -  FOTO

Türk mediasında Rasim Əliyev dezinformasiyası yayılıb

Azərbaycanlı jurnalistin döyülərək öldürülməsi barədə Türkiyə mediasında həqiqətə uyğun olmayan məlumatlar dərc olunur. Milli.Az xəbər verir ki, Türkiyənin xəbər saytları və qəzetləri yazır ki, jurnalist Rasim Əliyev türk bayrağını qaldırdığı üçün futbolçu Cavid Hüseynovu tənqid edib. Buna görə də öldürülüb.

Belə bir xəbərin yayılması Türkiyənin vətənpərvər insanları arasında Rasim Əliyev haqqında yanlış təsəvvür yaradıb. Facebook və Twitter sosial şəbəkələrində həmin xəbəri paylaşan türklər "Xain cəzasını aldı" kimi şərhlər yazırlar.

Halbuki hadisələr tamam başqa cür olub. Rasim Əliyev futbolçunu türk bayrağını qaldırdığı üçün tənqid etməyib. Cavid Hüseynov oyundan sonra yunan jurnalistə açıqlama verərkən əl-qol işarələri edib. Rasim Əliyev bu hərəkətləri ədəbsizlik hesab edərək futbolçunu sərt tənqid edib. Bundan sonra futbolçunun qohumları və tanışları jurnalist Rasim Əliyevi ölümcül döyüblər. Jurnalist xəstəxanada dünyasını dəyişib.

Yanlış məlumatların yayılması isə Türkiyə ictimai rəyində Rasim barədə xain obrazı formalaşdırıb. Əksinə, qatilləri isə qəhrəman imicinə salıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR