Müsahİbə

Türk aktyor "Kurtlar Vadisi" serialı ilə bağlı nöqtəni qoydu: "Tarixə qovuşdu... - MÜSAHİBƏ

Türk aktyor
 

"10 ildir burda yaşayıram, bütün dost-tanışIm, çevrəm burdadır. Azərbaycan da mənim üçün doğma bir yerdir. Buranın insanı ilə xasiyyətim üst-üstə düşür"

 

Buta.ws-in bu dəfəki qonağı istedadlı və tanınmış Türkiyəli aktyor Gökhan Çoban olub.

 

Sfera.az həin müsahibəni dəyərli oxucularla bölüşür:

 

Xoş gəlmisən, Gökhan bəy! 

Xoş gördük!

 

Gökhan kimdir?

Türkiyənin Elazığ şəhərində dünyaya gəlmişəm. Hal-hazırda 30 yaşım var. Təhsilimin yarısını Elazığda, yarısını müxtəlif universitetlərdə iqtisadiyyat, İT üzrə almışam. Bitirdikdən sonra iş həyatına atıldım. 2012-ci ildən isə Azərbaycandayam. 

 

Aktyorluq bacarığı necə yarandı səndə?

Mən orta məktəbdə oxuyanda (Elazığda) təsadüfən bir filmdə rol aldım. Gələcəkdə də öz işimlə bərabər edəcəyim hobbi kimi düşünürdüm. Türkiyə də olan zaman aktyorluq haqqında düşünməmişdim. Bakıya gəldikdən sonra başladım, sonra isə Türkiyəyə daşıdım. Dostlarım model olduğu üçün o sahəyə də daxil oldum. Lakin öz istəyimlə ordan da çıxdım.

 

Ailənizlə bu barədə problem yaşadın?

Evdə məşhur aktyorların yer alacağı filmdə kiçik bir rolun mənə verildiyini dedim. Sonradan TV-də özümə baxanda ora yaraşdığımı gördüm. Ümumilikdə, ailəm mənim heç bir düşüncəmə etiraz etmir. 

 

Aktyorluqla yanaşı bizneslə də məşğulsan. Sənə çətin olmur?

Öncəliklə bir peşəm olmasını istəyirdim. Əgər o olarsa, digər bütün hobbilərimi həyata keçirə bilərdim. Hal-hazırda da işimi elə bölürəm ki zamanla bağlı problem yaranmır. 

 

İdmanla aranız necədi?

Mən Türkiyə də orta məktəbdə oxuyanda idman müəllimi olmaq istəyirdim. Və bununla bağlı  idman seminarlarına qatılırdım. Artıq peşəkar olaraq, məşqçi sertifikatım var. Bu işə Türkiyədə başladım. Sonra təbii ki, serial, film çəkilişilərindən vaxt olmalıdı. 

 

Azərbaycan mətbəxində ən sevdiyiniz yeməklər hansılardır?

Dolma, xəngəl. Azərbaycan mətbəxinin türk mətbəxindən elədə böyük bir fərqi yoxdur. Sadəcə yağ və tərəvəzlər fərqliləşdirir yeməyi. Yeməkdə bəzi sevmədiyim yaşıllıqlar olanda isə bəyənmirəm. 

 

Nigar xanım yemək bişirməyi bacarır?

Təbii ki, biz evlənərkən onun hansı yeməyi bişirib, bişirmədiyini bilmirdim. Sonralar artıq öyrəndim. (Gülür)

 

Necə tanış oldunuz?

Keçən il Rəşad Kəsəmənli, Vüqar Vaqifoğlu və 2 prodüserlə birlikdə serial çəkmək qərarına gəldik. Və kastinqlərə başladıq. Çəkilişlərin ilkin mərhələsi Lənkaranda olacaqdı. Mən işimlə əlaqədar olaraq, avtobusa çata bilmədim. Kastinqlərdə isə dəyişiklik olub. Mən hələ Nigarı tanımırdım, sadəcə İnstagram-dan gördüyüm qədəri ilə tanıyırdı. Sonra ordakı xanımlardan Nigarın rejissorla problem yaşadığını öyrəndim. Mənim də içində olduğum  kollektivdə belə bir hadisənin yaşanmağı xoşuma gəlmədi. Sonra mən Bakıya qayıdanda Nigar xanımın mənim şəkillərimi bəyəndiyini gördüm. 

 

Nigar xanım: o əslində elə olmadı. Rejissorumuz mənə baş rolda Gökhanın olduğunu dedi. Mənsə onu heç tanımırdım. Bir bir-iki şəkillərini bəyəndim. Sonra o mənə izləmə istəyi göndərdi, qəbul etdim, amma geri dönüş etmədim. Buna görə də o məni izləmədən çıxartdı. Bir müddət keçəndən sonra mən yenidən onun bütün şəkillərini bəyəndim. 

 

Gökhan bəy: Diqqətimi çəkmək istəyirdi. (Gülür)

Nigar xanım: sonra o yenidən mənə izləmə istəyi atdı, qəbul etdim. Ad günümdə isə mənə "Şəkilləri bəyəndiyinə görə sağol. Mutlu yaşlar" deyə mesaj yazdı. Bu hadisədən 3 gün keçəndən sonra, gecə saat 4-də mən geri döndüm və gülüş ifadəsi atdım. O da yazdı ki, "Axrıki geri döndün". Belə başladıq. 

 

Sizə ssenari gələndə nələrə diqqət edirsiniz?

Türkiyədə aktyorun xarakterinə görə rol təklif edilir, ya da onda bu rolu icra etmə bacarığını axtarırlar. Filmdə əxlaq dəyərlərə, millətə, cəmiyyətə qarşı əks bir şey olarsa onu dəyişdirmələrini və ya rola başqasının dəvət olunmağını istəyirəm. Ssenarist mənim  xarakterimə uyğun rol hazırlayıbsa buna onsuz öncədən razılıq verirəm. 

 

Ümumilikdə neçə işdə rol almısız?

Azərbaycanda "Kimsən" adlı bir serialda çəkilmişdim, amma, o alınmadı. Sonra Cavanşir Hacıyevin də olduğu "Şirin xəyallar" adlı layihəmiz də olub. "Gül Ahmet" deyə filmdə də çəkilmişəm. "Son ümid" efirə getsə də, biz ondan imtina etmişdik. 

 

Adı çəkilən film və seriallarda mənfi rolda olmusuz, yoxsa, müsbət?

"Kimsən" serialındakı rolum mənfi, "Şirin xəyallar"-kı rolum normal idi. Türk vətəndaşını canlandırdım.

 

Xaricdən təklif gəlib?

Türk vətəndaşı olduğunu üçün təkliflərin əksəriyyəti ordan gəlir. "Kocamın ailesi", "Evə dönüş" kimi seriallarda çəkilmişəm. Mən Türkiyədə yaşasam, orda yolum açıq olacaq. Baş rola qədər qalxa bilərəm. Amma, ailəm və işimlə əlaqədar burda yaşamalıyam. 

 

Romantik rollar, yoxsa hərbi?

Hər ikisi. Əsasən, məni "varlı atanın oğlu" rollarına çəkirlər. Amma, mən kasıb ailənin oğlunu canlandırmaq istəyirəm. 

 

Hansısa rolunuza görə izləyicilərdən sərt reaksiya gəlibmi?

Var. "Diriliş Ertuğrul" serialında mənfi obrazı canlandırmışdım. Atam Elazığa gəlmə deyirdi, metroda bir nəfər isə mənə "sən xainsən" demişdi. 

 

Rolunuzu bəyənməyən rejissor olubmu?

Bu günə qədər "Gül Ahmet" filmində rejissorla mübahisəmiz olub. "Gökhan, bu rolu oynaya bilmirsən" demişdi mənə. Mən isə "qarşımdakı məni oynada bilmir" demişdim.

 

Oskara layiq görülməmisiniz...

Hələ özünə tam olaraq aktyor demirəm. 

 

Qarşınıza belə bir məqsəd qoymusuz?

Nə vaxtsa Türkiyəyə qayıtsam, mütləq ordakı işlərin birini dəyərləndirəcım. Oskar olmasa da, Türkiyənin ən böyük mükafatlarını alacam. 

 

"Gül Ahmet" filmindən sonra depressiyaya girdiz?

O bir faciə idi deyə bilərəm. Açığı filmi qala gecəsi izlədim. Montajdan, aktyor işinə qədər heç  birini bəyənmədim. Mənfi istiqamətdə çox rəy aldıq. Amma, qara piyarda bir piyardır. 

 

O filmdən sonra sizdə durğunluq yarandı?

Əlbəttə. İndi də Azərbaycan da nə qədər film təklifi gəlir. Amma mən öncə ssenariyə, kasta, hətta sponsora qədər nəzər yetirib, sonra qərar verirəm.
Aradan müəyyən müddət keçib.

 

Gökhan "Gül Ahmet" filmini xatırlayanda nə hislər keçirir?

Başıma gələnlərə gülürəm. İsmayıllıdakı meşə çəkilişlərində üstüm, başım palçıq içində idi. Elə halda Bakıya gəlmişdim. 

 

Artıq 10 ildir ki, Azərbaycandasınız. Hansı yerli aktyorları bəyənirsiz?

Rasim Balayev "Babək" filmindən izləmişəm. Mən Azərbaycanın köhnə filmlərini azərbaycanca izləyirəm. Fuad Poladovu çox sevirəm. İndiki aktyorların əksəriyyətini bəyənmirəm. Bir çox qalada olmuşam, gənclər əvvəlki nəsil aktyorların yerini verə bilmir. 

 

Gökhan özünü indiki aktyorlara nisbətdə daha öndə görür?

Mənim oynadığım bir filmin onun oynadığı 20 filmdən üstün olduğunu deyə biləcəyim aktyorlar var. 20 filmdə oynamaq aktyor olmaq demək deyil. Mən gündəm gətirən bir neçə işdə iştirak etməyimə baxmayaraq, hələ də, özümə tam olaraq aktyor deyə bilmirəm. 


Çəkildiyiniz film və ya seriallara sonradan baxdığınızda "bunu kaş belə edəydim" dediyiniz olub?

Əlbəttə. Aktyor çəkildiyi filmlərə baxmalıdır ki, etdiyi səhvləri görüb, gələn dəfə təkrar etməsin. 

 

Xarici kişi ulduzlardan hansılar ilə rol almaq istəyərdiniz?

"Forsaj", "Məğlubedilməzlər" kimi filmlərin aktyorları ilə rol almaq istəyərdim. 

 

Jan Klod Vandam sizinlə işləmək istədiyini desə, nə hisslər keçirərsiniz?

Uşaqlıqdan filmlərinə baxa-baxa böyüdüyüm adamın gəlib məni tapması tərif ediləbilməz bir hissdir. O da bir şansdır. 

 

Bakıya gəlməmişdən öncə bura ilə maraqlanırdınızmı?

Mən ilk dəfə gələndə burda dəniz olub-olmadığını soruşdum. Görəndə ki dəniz var, öz doğulduğum yerdən ayırmadım buranı. Özümü çox doğma hiss edirəm.  

 

Siyasətçi olmaq istəyirsiniz. Bu nədən qaynaqlanır?

Dövlət məni 2007-ci ildə  Yunanıstana göndərdi. Həmin vaxt mənim siyası vəsiqəm var idi. Sonra İngiltərə, Almaniya və s. kimi bir çox Avropa ölkəsini gəzdim. Türkiyə də beynəlxalq gənclər yaratdım. Məni Azərbaycana göndərəndə də özümdə siyasətdən qalan xarakter hiss elədim. Burda Türkiyə ilə Azərbaycan arasında həm sənət, həm mədəniyyət, həm də siyası sferada  körpü olamaq istəyirdim. İndi də Türkiyədən Bakıya gələn aktyorlara, siyasət adamlarına heç bir qarşılıq olmadan yardım edirəm.  Beləcə onların arasında oluram. Necə ki əvvəllər, siyasi cəhətdən tanınırdım, gələcək də də elə olacaq. Bunu qarşıma məqsəd kimi qoymuşam.  

 

Türkiyə də demirlərmi ki, Azərbaycanı ilə niyə evləndin?

Təbii ki. Onu hər kəs deyir. 10 ildir burda yaşayıram, bütün dost-tanışIm, çevrəm burdadır. Azərbaycan da mənim üçün doğma bir yerdir. Buranın insanı ilə xasiyyətim üst-üstə düşürsə, niyə də ailə həyatı qurmayım?!

 

"Kurtlar vadisi" serialı haqqında nə demək istəyərdiniz?

O serial artıq yayımlanmayacaq. Amma ola bilər ki, fərqli formatda, fərqli adda yenidən izləyicilərin qarşısına çıxsın. 

 

Son olaraq nə demək istəyərdiniz?

Mən də özümü Azərbaycan gənci hesab edirəm. Bu torpağın suyunu içirəm, işim burdadır. Mən bir Azərbaycan sevdalısıyam. Gürcüstan girəndə özümü yetim kimi hiss elədim. Bura çox bağlıyam.  

Bir işin necə başlandığını, dərinliyini araşdırmaq lazımdır. O işdə bizi hansı problemlər gözləyir, o problemlər bizim həyatımızı necə dəyişəcək? Bunları öyrənib, işə başlamaq lazımdır.  Vətənimizə xeyirli biri olmaq lazımdır. Qanında türk qanı olan şəxs nə edirsə, əvvəl düşünməlidir ki, bunu öz milləti və dövləti üçün edir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930