“Turizm mərkəzlərinin baha olmasında biz yox, onlar günahkardır”- Yaşar Əsədov

“Turizm mərkəzlərinin baha olmasında biz yox, onlar  günahkardır”- Yaşar Əsədov
"Azərbaycanda turizm şirkətlərinin hələ də yüksək qiymətlər təklif etməsi ölkəmizə gələn turistlər arasında varlı ərəb turistlərin üstünlük təşkil etməsilə bağlıdır”
 
Sfera.az-a açıqlamasında bu sözləri qonşu ölkələrlə müqayisədə Azərbaycanda fəaliyyət göstərən turizm mərkəzləri və otellərin daha baha qiymətlər təklif etməkdə davam etmələrinə münasibət bildirərkən iqtisadçı ekspert Yaşar Əsədov deyib.
Başqa bir tərəfdən ekspertin fikrincə, ölkəmizdəki turizm mərkəzlərinin prosesə alverçi prizmasından yanaşmaları da mövcud vəziyyətin olmasında öz sözünü deyir: 
"Azərbaycanda çox  qəribə situasiya yaranıb. Keçən ilin sonlarına doğru, yeni il qabağı tətillərdə ölkəmizdəki istirahət mərkəzləri həddən artıq yüksək qiymətlər təklif edirdilər. Hətta 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin yeni il ərəfəsində turizm mərkəzlərindəki qiymətlər az qala iki dəfə yüksək olub. Həmin ərəfədə Gürcüstana gedən turistlər arasında isə məhz Azərbaycandan ora gedən turistlər üstünlük təşkil edib. Ümumiyyətlə, keçən il ərzində Gürcüstana gələn turistlər arasında ölkəmiz birinci yeri tutub. Halbuki Azərbaycan həm təbii, həm, turistlərə qulluq, həm də infrastruktur nöqteyi-nəzərdən qonşu ölkədən daha geniş imkanlara malikdir. Buna baxmayaraq, burada xərclənməli olan pullar Gürcüstana axdı. Əslində Gürcüstanın iqtisadi potensialı Azərbaycanla müqayisədə çox aşağıdır. 

Azərbaycanda turizm şirkətlərinin xidmətlərinin qonşu ölkələrlə müqayisədə baha olması. yaranmiş vəziyyət ya turizm sənayesi kapitanlarının çox kobud səhvlərinin nəticəsidir, ya da proses planlı şəkildə belə aparılır. Azərbaycanda turizm mərkəzlərinin qiymətinin hələ də yüksək olaraq qalması ona rəhbərlik edənlərin prosesə tacir deyil, alverçi psixologiyası prizmasından yanaşmalarının nəticəsidir. Tacir hər zaman öz malının yüksək olmasına, adına ləkə düşməməsinə çalışır. Alverçinin isə bir məqsədi var, əlinə düşən müştərini qaz kimi yonsun. Həmin müştərinin növbəti dəfə ora gəlib gəlməyəcəyi isə həmin alverçini maraqlandırmır. Turizm mərkəzləri də prosesə məhz bu prizmadan baxırlar. Digər tərəfdən, son zamanlar bilirsiniz ki, ölkəmizə gələn turistlər içərisində ərəb turistləri mütləq əksəriyyət təşkil edir. Hansı ki, ərəblər daha imkanlıdır və bu mənada baha qiymətlərlə onları qorxutmaq, həmin bahalı yerə səfərdən yayındırmaq mümkün deyil. Bu mənada da ola bilsin Azərbaycanda gecəsi 2 min manata otelin olması belə ərəb turistləri üçün ümumən sərfəlidir”.
 
Azərbaycanda son illər turizmin inkişafına nail olmaq üçün müəyyən işlər görülüb. Görülən işlərin nəticəsidir ki, bu dövrdə ölkəmizə gələn turistlərin sayında da artımlar var. Amma buna baxmayaraq, turizmin inkişafı baxımından Azərbaycan hələ də qonşu ölkələrdən, Gürcüstan, Rusiya, İran və Türkiyədən geri qalmaqda davam edir. Bunun bir səbəbi də  ölkəmizdə həmin qonşu dövlətlərlə müqayisədə turizm mərkəzləri, otellərin hələ də baha qiymətlərlə çıxış etmələridir. Məsələ ondadır ki, qüiymətlər baha olsa da, keyfiyyət göstəriciləri də həmin qiymətə uyğun gəlmir. Nəticədə seçim fonunda insanlar qonşu ölkələrdəki  daha ucuz və keyfiyyətli məkanları seçməyə meylli olurlar.
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...