Turistlərə əngəl olan qanun layihəsi – EKPERT QANUNA DƏYİŞİKLİYİ ŞƏRH EDİR

Turistlərə əngəl olan qanun layihəsi – EKPERT QANUNA DƏYİŞİKLİYİ ŞƏRH EDİR
 

"Bu addım turuzmin inkişafına bir əngəldir”


Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulan maddəyə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.


Ekspertin fikrincə belə yüksək rüsumların tətbiq edilməsinin iqtisadi əsası yoxdur: "Maraqlıdır ki, turizmin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş vizası üçün izah edilməsi çətin olan məbləğdə viza rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda, Azərbaycan hökuməti müddəti 2,5 dəfə az olan öz vizasını Avropa ölkələri vətəndaşlarına 350 dollara təklif edir. Bu təbii ki, turizmin inkişafına birbaşa əngəldir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0,1 faiz artım olub. Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarla izah olunması mümkün deyil”.


Ekspert onu da əlavə etdi ki, sözügedən rüsumdan dövlət büdcəsi ciddi qazanc götürməyəcək: "Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək, bu say azalacaq”.

 

Qeyd edək ki, keçən həftə sonu Milli Məclisndə "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi ətrafında müzakirələr olub. Bu layihədə 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu olaraq 350 ABŞ dolları təklif edilir.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...