Cəmİyyət

Turan” Agentliyinin redaktoru Şahin Hacıyev artıq Ermənistandadır

Turan” Agentliyinin redaktoru Şahin Hacıyev artıq Ermənistandadır
"Turan” Agentliyinin redaktoru Şahin Hacıyev bir sıra reportajlar və müsahibələr hazırlamaq üçün 1-5 fevral tarixləri arasında Ermənistanda ezamiyyətdə olacaq.

Bu barədə  "Turan” Agentliyi məlumat yayıb.

Həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınıb. Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşayiət edən gürcüstanlı və rusiyalı assistentlərə jurnalist akkreditasiyası verib.
Yerevana səfəri çərçivəsində "Turan”ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.
Gələcək günlərdə yayımlanacaq video və yazılı reportajların mövzusu Qarabağ nizamlanması məsələləri, regiondakı vəziyyət olacaq.
Bu materiallar "Turan” Agentliyinin saytında və Contact saytında dərc ediləcək.
"Turan” Agentliyi jurnalistlərdən redaktorun səfərinin məqsədi və mahiyyəti barədə bu informasiyadan istifadə etməyi xahiş edir.
"İsrarla bu səfərin məqsədləri haqqında məlumatı təhrif etməməyinizi və məlumat əlavə etməməyinizi xahiş edirik”,- Agentlik bəyan edib.
 

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930