Maqazİn

Tünzaləni geyiminə görə "topa tutanlar" susduruldu: “Tərbiyəsizlik edəcəksə, onu…”

Tünzaləni geyiminə görə
Əməkdar artist Tünzalə Ağayevanın prodüseri sənətçinin sosial şəbəkədə paylaşdığı fotosu barədə rəylərə münasibət bildirib.

Sfera.az bildirir ki, yenicag.az-a açıqlama verən prodüser Yalçın Cabbarov Tünzalənin belə iradlara reaksiya vermədiyini bildirib:

"Tünzalə xanım öz işindədir, konsertinə hazırlaşır, yaradıcılıqla məşğuldur. Onun vaxtı da yoxdur ki, fotolarının altına yazılan rəyləri oxusun, müzakirələrə qoşulsun, onlara cavab versin. Amma bu, o demək deyil ki, səhifədə kim ağzına nə gəlsə, yazacaq. Əlbəttə ki, kim tərbiyəsizlik edəcəksə, həmin an "bloklanacaq"".
 
Qeyd edək ki, müğənni dərin yarıqlı libası ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb. Son zamanlar açıq-saçıq geyimlərə üstünlük verən müğənni izləyicilərin qınağına tuş gəlib.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930