Tünzalə Ağayeva doğum günündə iki yubileyni qeyd edir: Səhnədə keçən 20 il... - FOTOLAR

Tünzalə Ağayeva doğum günündə iki yubileyni qeyd edir: Səhnədə keçən 20 il... - FOTOLAR
Bu gün Xalq artisti, müğənni-bəstəkar Tünzalə Ağayevanın doğum günüdür.
 
Sfera.az bildirir ki, müasir estrada səhnəmizə fərqli bir imic gətirə bilən, özünəməxsus bir ifa tərzi olan müğənninin 45 yaşı tamam olur. Ağayeva ad günü ilə bağlı təəssüratlarını sevənləri ilə bölüşüb. O, özünə yeni yaşının gözəlliyini, kefini çıxarmağı, dolu yaşamağı diləyib.

"Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir. Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən "pis”, "neqativ " adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram, sevməyənlər də sağolsunlar - motivasiyamın  artmasına səbəb  olduqları üçün”, - deyə Xalq artisti bildirib.

Xatırladaq ki, Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Tovuz şəhərində anadan olub. Tovuzda musiqi məktəbinin piano sinfini bitirən Ağayeva daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. Hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə "Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Elə bu mahnı onun ilk albomuna da daxil edilib.

Xalq artisti 2001-ci ildə gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan "Bakı Payızı” festivalının qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur. Təkcə vətənində deyil, Rusiya, Ukrayna, Türkiyə, Belarusiya kimi ölkələrdə müxtəlif mükafatlara layiq görülən müğənni elə öz ad günündə - 2019-cu ildə Xalq artisti adını alıb. Yaradıcılığı boyunca bir sıra önəmli layihələr reallaşdıran ("İnsan Alverinə Son” beynəlxalq kampaniyasının video çarxında yer alıb, "Uşaqlarımıza Xoşbəxtlik Bəxş Edək” adlı layihə həyata keçirib, Oksfamın (Oxfam) "Grow-A-Vision” layihəsində iştirak edib və s.) Ağayeva həm də ictimai və xeyriyyə layihələrinin fəal iştirakçılarındandır. Sənətçi 45 illik ömrünə  "Sevdi can səni”, "Bir də baxım”, "Oxu..”, "İllərə yalvardım”, "İkimizin yerinə”, "Anam Azərbaycan”, "Özümü bilirəm” adlı albomları, "Olmuşam”, "Oxu...”, "Ölkəm”, "Sülhümüzü qoruyaq”, (insan alverinə qarşı beynəlxalq proqram çərçivəsində təşkil olunub) "Tünzalənin JAZZ Dünyası”, "Tünzalə JAZZibəsi", "İmza", "Xoş Gəldin", "ŞərhSiz" adlı solo konsertləri sığışdırıb.
 
Sənətə gəldiyi ilk gündən öz üzərində işləyən Xalq artisti hazırda İctimai Televiziyada yayımlanan "Səs Azərbaycan” yarışmasında ustad münsiflərdən biridir.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...