Tunisə tibbi spirt aparan gəmi ələ keçdi

Tunisə tibbi spirt aparan gəmi ələ keçdi

Koronavirusla mübarizə çərçivəsində Tunisə doğru yola çıxan tibbi spirt yüklü gəmi italyanlar tərəfindən ələ keçirilib.

Bu barədə Tunisin Ticarət naziri Məhəmməd Museyli "Hivar Tunus” telekanalına açıqlamasında məlumat verib.

O, Tunis gəmisinin oğurlanmasının Çinin İtaliyaya göndərdiyi maska və tibbi ləvazimatların çexlər tərəfindən müsadirə edilməsindən fərqli addım olmadığını vurğulayıb.

"Bu gün bütün Avropa ölkələrində koronavirus səbəbindən isteriya yaşanır”, - deyən Museyli gəminin dərhal sərbəst buraxılmasını tələb edib.


OXŞAR XƏBƏRLƏR