Tualet kağızından istifadə edirsinizmi?

Tualet kağızından istifadə edirsinizmi?
 
Unitaza tualet kağızı sərirsinizmi?
 
Ümumi bir tualetə girdiyinizdə sizdən əvvəl kim bilir necə istifadə edilib deyə düşünürsünüz. Gigiyenik olması üçün öncə tualet kağızı ilə üstünü silib sonra da unitaza oturmamaq üçün tualet kağızını sərib oturursunuz.
 
Sfera.az xəbər verir ki, sizi qoruduğunu zənn etdiyiniz şey əslində mikrobun əsl səbəbi ola bilər.
 
Elm dünyasına görə, tualetlər üzərində bakteriya sığınacaq verməyəcək şəkildə istehsal olunur.
 
Bu məsələ mübahisəlidir, çünki bir çox sahədə ümumi tualetlərin qapı qulpunda belə inanılmaz bakteriyalar var.

Ancaq ekspertlərə görə, unitazın üstünə tualet kağızı sərib, sonra əlimizi üzümüzə sürtməklə mikrobların daha çox yayılmasına səbəb oluruq.
 
Həmçinin sifonu çəkərkən unitaz qapağını bağlamanız lazımdır. Çünki əgər sifonu çəkərkən qapağını bağlamasanız bakteriyalar sıçrayan su ilə birlikdə ətrafa yayıla bilir.
 
Sfera.az //
 
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 


OXŞAR XƏBƏRLƏR