TRT-nin filmi: Moskva bilir ki, Bakı sonadək gedəcək – VİDEO

TRT-nin filmi: Moskva bilir ki, Bakı sonadək gedəcək – VİDEO
TRT Vorld II Qarabağ Müharibəsi haqqında sənədli film (ingiliscə) hazırlayıb.

Sfera.az xəbər verir ki, sənədli filmdə rəsmilər, II Qarabağ müharibəsinin şahidləri və jurnalistlərin fikirlərinə yer verilib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sənədli filmdə erməni vandalizmindən və rəsmi İrəvanın Azərbaycana təcavüzündən danışıb:

"Füzuli Azərbaycanın, Azərbaycan mədəniyyətinin bir hissəsidir. Təəssüf ki, 28 ildən çox davam edən erməni işğalı nəticəsində Füzulidəki hər şey məhv edilib. Burada bircə dənə də olsa, sağlam bina yoxdur. Füzuli işğaldan azad edildikdə Azərbaycan əsgərləri bayrağımızı sancmaq üçün bir sağlam bina tapmaqda çətinlik çəkdilər...”

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı hərbi əməliyyatlar barədə danışıb və qeyd edib ki, çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirmək üçün əlindən gələni etdi:

"Ordumuz hücum etdi və bu istiqamətdəki bütün əraziləri düşməndən azad etdi”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev qeyd edib ki, bu "ayaq izlərinin” əbədi davam etməyəcəyini Moskvanın da başa düşdüyünə ümid edir:

"27 illik işğal tarixi dövründə Azərbaycan heç bir zaman işğal faktı ilə razılaşmadı. Hətta beş ildən sonra əgər Azərbaycan suverenliyi qalan ərazilərdə (Rusiya sülhməramlılarının nəzarətində olan ərazi – red.) bərpa olunmasa belə, Azərbaycan sonuna qədər gedəcək və ərazi bütövlüyünü bərpa edəcək”.

Axar.az saytının ingilis dili versiyasının redaktoru Rəfiqə Məmmədzadə filmdə bildirib ki, azərbaycanlı gənclər arasında öz qonşularımıza qarşı ağrı və nifrət olduğunu qəbul etməliyik:

"Bu, təkcə torpaqlarımızın 30 illik işğalı ilə bağlı deyil, bu, həm də yaxın keçmişdə gənclərimizin öz ana vətənləri uğrunda verdiyi itkilərlə bağlıdır. Vətəndaşlar arasındakı sülhə nail olmaq mümkündür, amma bu bir gecədə baş verməyəcək. Bunun üçün uzun vaxt lazımdır. Lakin öncə erməni tərəfi öz aqresiyasını və ərazi iddialarını kənara qoymalidır. Biz bu sülhü onlardan daha cox istəyirik, çünki onlar məğlub tərəfdir”.

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...