Trolların “Karusel” əməliyyatı...

Trolların “Karusel” əməliyyatı...
YAP Nizami rayon təşkilatı GB sədrinin müavini,

siyasi elmlər üzrə fəlsəfə doktoru


"OSMANQIZI TV”, "AZƏRBAYCAN SAATI”, "AZAD SÖZ”, "AZADLIQ” QƏZETİ VƏ "MADE İN AZERBAİJAN” KANALLARINDA SAXTA DƏSTƏK GÖRÜNTÜSÜ YARADAN ŞƏBƏKƏ İFŞA EDİLDİ
 

Antimilli fəaliyyətlərinə görə anti-Azərbaycan yönümlü fondlardan külli miqdarda qrant və ya ianə alan Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digərlərinin "youtube” və "facebook” üzərindən həyata keçirdikləri saxtakarlıqların ifşası prosesi davam etməkdədir.

Bundan əvvəlki yazılarımızda "Osmanqızı TV”, "Azərbaycan saatı”, "Azad söz”, "Made in Azerbaijan” və "Azadlıq” qəzeti "youtube” kanallarındakı "like”, "baxış” və "abunəçilik” göstəricilərinin saxta olduğunu faktlarla sübut etdik, bu işə nə qədər pul xərclədiklərini, hansı sayt və proqramlardan istifadə etdiklərini üzə çıxardıq. Nə Qənimət Zahid, nə Tural Sadıqlı, nə də Məhəmməd Mirzəli gətirilən arqumentlərə cavab verib vəziyyətin əksinə olduğunu iddia edə bilmədilər. Yalnız Sevinc Osmanqızı özünü təmizə çıxarmağa cəhd etdi, ancaq yenidən ifşa olundu. Axı faktlar qarşısında nə deyəsən?...

Eyni zamanda, onların saxta "abunəçilik” əməliyyatlarının nəticəsi olaraq, kanallarındakı canlı yayımlara izləyici sayının heç 1 faizinin də baxmadığını isbatladıq. Ortaya faktlar qoyuldu, sadə riyazi hesablamalar aparıldı və müxtəlif kanallar üçün nəticə 0,3 - 0,6 faiz aralığında oldu. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycanın ictimai-siyasi həyatının autsayderlərinin fikir və düşüncələri kimi, fəaliyyətləri də başdan-başa yalan və saxtakarlıq üzərində qurulub...

Bugünkü yazımızda isə "Osmanqızı TV”, "Azərbaycan saatı”, "Azad söz”,"Made in Azerbaijan” və "Azadlıq” qəzeti"youtube” kanallarında moderatorluq edən, şablon rəylər yazaraq kütləvi dəstək görüntüsü yaradan, ümumi sayı 60-70 nəfərdən artıq olmayan troll şəbəkəsinin "karusel” üsulu ilə fəaliyyət göstərdiyini faktlarla sübut edəcəyik.

Əvvəla ondan başlayaq ki, əsasən Avropada məskunlaşmış mariginallardan, adı çəkilən kanalların "jurnalisti” kimi Azərbaycanda fəaliyyət göstərən köstəbəklərin tanışlarından və cəbhəçilərdən ibarət olan bu "troll zənciri” eyni mənbədən idarə olunur. Həftənin 7 günü daha çox "Azərbaycan saatı” və "Osmanqızı TV” kanallarında veyillənərək "kütləvi dəstək” görüntüsü yaradan şəbəkə tapşırıq əsasında ara-sıra "Azadlıq” qəzetinin "youtube” kanalında da peyda olur.

Bir neçə ay öncəyədək "Azərbaycan saatı” və "Osmanqızı TV”-də canlı yayımlar, demək olar ki, üst-üstə düşdüyündən, trollar arasında narazılıqlar yaranmışdı. İki kanalda eyni zamanda trolluq etməyin çətinliyi və dəstək görüntüsünün zəif olması Qənimət Zahidlə Sevinc Osmanqızını razılığa gəlməyə məcbur etmişdi. O vaxtdan etibarən "Azərbaycan saatı”nda, bir qayda olaraq 20:00-da, "Osmanqızı TV”-də isə 22:30-dan sonra canlı yayıma çıxmağa başladılar. Bu nəticəsidir ki, çoxsaylı saxta profil işlədən 60-70 troll hər iki kanalda fəaliyyət göstərə bilir.

Beləliklə də, tez-tez "hakimiyyət trolları” ifadəsindən istifadə edən Əli Kərimlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin özlərinin "karusel” prinsipi ilə işləyən troll şəbəkəsini aşağıda

təqdim edəcəyimiz siyahı ilə ifşa edəcəyik. Bununla da aydınlaşacaq ki, "troll ordusunu” əslində kim saxlayır.

Trolları 2 qrupa bölmək olar: moderatorlar və adi trollar. Moderator trolların vəzifəsi canlı yayımı nəzarətdə saxlamaq, əks rəyləri silmək və belə şərh yazanları bloklamaq, öyrədilmiş adamların efirə zənglərini təşkil etməkdir. Adi trollar isə çoxsaylı saxta profillərdən primitiv şərhlər yazmaqla, verilişi "like” etməklə (bəyənməklə) və paylaşmaqla məşğul olurlar.

Aşağıdakı şəkillərə diqqətlə baxmaqla trolların yerdəyişməsini və fəaliyyət xəritəsini izələyə biləcəksiniz. Əgər təqdim etdiyimiz şəkillərin fotoşop olmasına şübhə yaransa, fotolar üzrə eyni videolara daxil olub gerçək mənzərə ilə tanış ola bilərsiniz. Beləliklə:

1. Sevinc Osmanqızının "Osmanqızı TV” kanalında:

- Moderator trollar: "Yunus Emre”, "NURA Həsənova”, "Adminka Adow”;

- Adi trollar: "repke REPKE”, "FERRUX ELIYEV”, "САБИНА”, "Zzz.Salman”(05.08.2019 tarixində birgünlük moderator olublar), "Roma memmedov”, "ZEMA ZEYNALİ”, "Azadlıq Yolu#Qorxdular!”, "Nasur Memmedov”, "Züleyxa Ağayeva”, "Qedir Cabbarov”, "Günay Məmmədli”, "b dizayner”, "sade insan”, "Leyla İbragimova”, "ovçu cəfərli”, "Zeynəb Məmmədli”, "Mammad Mammadli”, "Nicat Nizamov”, "zabil Ağazadə” və s.
 

 


2. Qənimət Zahidin "Azərbaycan saatı” kanalında:

- Moderator trollar: "HÜSEYN AŞİQİ”, "Xalq Duzgunov”, "Günay Məmmədli”, "Vetenim Azeebaycan”, "İlkin Dadaşov”, "Zeynəb Məmmədli”, "ZEMA ZEYNALİ”, "Hər Şey Azərbaycan Üçün”, "Nasur Memmedov”;

- Adi trollar: "Züleyxa Ağayeva”, "FERRUX ELIYEV”, "САБИНА”, "Roma memmedov”, "ovçu cəfərli”, "Muxaliv Genceli”, "Nizami Abbasov”, "Qedir Cabbarov”,"FU AD”, "Leyla İbragimova”, "sade insan”, "b dizayner”, "Zema Zema” və s.
 

 


3. Natiq Ədilovun idarə etdiyi "Azadlıq” qəzeti "youtube” kanalında:

- Moderator trollar: Natiq Ədilov kanala auditoriya toplamaq üçün hələ ki moderatorlar təyin etməyib. Lakin canlı yayımlar zamanı "Hər Şey Azərbaycan Üçün”, "Zeynəb Məmmədli”, "Nasur Memmedov” əks rəylərin silinməsi və bloklanması üçün moderatorların təyin olunması xahişi ilə N.Ədilova müraciət edirlər.

- Adi trollar: "FERRUX ELIYEV”, "Hər Şey Azərbaycan Üçün”, "Zeynəb Məmmədli”, "Nasur Memmedov”, "ovçu cəfərli”, "Rasim Azerbaycan”, "YEGANE MURVETOVA”, "repke REPKE”, "Azerbaycan Azerbaycan”, "Zema Zema”, "Muxaliv Genceli”, "Günay Məmmədli”, "САБИНА” və s.
 

 


4. Tural Sadıqlının "Azad söz” kanalında:

- Moderator trollar: Tural Sadıqlı da Natiq Ədilov kimi hələ moderatorlar təyin etməyib. Lakin canlı yayımlar zamanı "Zeynəb Məmmədli”, "Nasur Memmedov” dəfələrlə əks rəylərin silinməsi və bloklanması üçün moderatorların təyin olunmasını dəfələrlə Tural Sadıqlıdan xahiş ediblər.

- Adi trollar: "zabil Ağazadə”, "Nizami Abbasov”, "Nicat Nizamov”, "Mammad Mammadli”, "Nasur Memmedov”, "Muxaliv Genceli”, "ovçu cəfərli”,"HÜSEYN AŞİQİ”, "Günay Məmmədli”, "AzadlıqYolu#Qorxdular!”, "Zzz.Salman”, "Zeynəb Məmmədli”, "Qedir Cabbarov”, "FU AD”, "Rasim Azerbaycan”, "Roma memmedov”, "Adminka Adow”, "b dizayner”, "САБИНА” və s.
 

 


5. Məhəmməd Mirzəlinin "Made in Azerbaijan” kanalında:

- Moderator trollar: "Adminka Adow”, "Hər Şey Azərbaycan Üçün”, "/////////. Wuwalı”, "Universal Tv”, "MuHaMMeD PrO”, "Brock Lesnar”;

- Adi trollar: "Nasur Memmedov”, "NURA Həsənova”, "Xalq Duzgunov”, "Zeynəb Məmmədli”, "ZEMA ZEYNALİ”, "FERRUX ELIYEV”, "Azerbaycan Azerbaycan”, "Roma memmedov”, "Vetenim Azeebaycan”, "Züleyxa Ağayeva”, "Muxaliv Genceli”, "Günay Məmmədli”, "ovçu cəfərli”, "YEGANE MURVETOVA”, "Zzz.Salman” və s.
 

 


Siyahıdan da gördüyünüz kimi, ləqəbləri qeyd edilən trollar bu 5 "youtube” kanalı üzrə hərəkət edərək, öz "şərəfli missiyalarını” yerinə yetirirlər. Diqqətinizə təqdim etdiyimiz şəkillərdən aydın şəkildə görünür ki, radikal müxalifətin trol zəncirinin halqalarını təşkil edənlər əsasən eyni şəxslərdir. Onlardan bəziləri 2, başqaları 3, digərləri 4, bir qismi isə bütün kanallarda "fəaliyyət göstərir”. Məsələn, "Osmanqızı TV”-də moderator olmuş "Cim-bom 1905” ləqəbli trol "Azadlıq” qəzeti kanalında da rəy yazır. Və ya "Osmanqızı TV”-nin moderatoru "NURA Həsənova” eyni zamanda "Made in Azerbaijan”da da trolluq edir. Onu bəzən "Azərbaycan saatı” və "Azadlıq” qəzeti kanallarında da görmək mümkündür. "Osmanqızı TV” kanalının digər moderatoru "Adminka Adow” "Made in Azerbaijan” kanalında adminlik etməklə yanaşı, "Azad söz” kanalında da trolluq edir.

Eyni zamanda, "Azərbaycan saatı” kanalının moderatorlarından "HÜSEYN AŞİQİ” "Azad söz” kanalında, "Nasur Memmedov”, "Günay Məmmədli” və "Zeynəb Məmmədli” paralel olaraq "Osmanqızı TV”, "Azadlıq” qəzeti, "Azad söz” və "Made in Azerbaijan” kanallarında, "Vetenim Azeebaycan”, "Xalq Duzgunov”, "İlkin Dadaşov” "Made in Azerbaijan” kanalında, "ZEMA ZEYNALİ” "Osmanqızı TV” və "Made in Azerbaijan” kanallarında, "Hər Şey Azərbaycan Üçün” isə "Made in Azerbaijan” və "Azadlıq” qəzeti kanallarında da həm trolluq, həm də adminlik edirlər.

"/////////. Wuwalı”, "Universal Tv”, "MuHaMMeD PrO”, "Brock Lesnar” ləqəbli trollar isə "Made in Azerbaijan” kanalının fərdi moderatorlarıdır.

Fəaliyyətlərinə "qiymət verilsə”, hazırda "Əməkdar troll - moderator” adına "Nasur Memmedov”, "Günay Məmmədli”, Zeynəb Məmmədli və "Hər Şey Azərbaycan Üçün”layiq görülə bilər. Lakin "Adminka Adow”, "ZEMA ZEYNALİ” da həmin "fəxri ada” iddialıdırlar.

Moderatorların sayına görə kanalları sıralamış olsaq, ilk yeri 9 moderatorla "Azərbaycan saatı” tutur, növbəti yerlərə 6 moderatorla "Made in Azerbaijan” və 3 moderatorla "Osmanqızı TV” sahiblənirlər. "Azadlıq” qəzeti və "Azad söz” kanalları daha geniş auditoriya toplamaq üçün hələ ki moderator təyin etməyiblər.

Moderatorlarla yanaşı, adi trolların da sıralaması var. Belə ki:

- İki kanalda trolluq edənlərin siyahısında "repke REPKE”, "Azadlıq Yolu#Qorxdular!”, "sade insan”, "Leyla İbragimova”, "Mammad Mammadli”, "Nicat Nizamov”, "zabil Ağazadə”, "Nizami Abbasov”, "FU AD”, "Zema Zema”, "Rasim Azerbaycan”, "YEGANE MURVETOVA”, "Azerbaycan Azerbaycan” yer alır.

- Üç kanalda trolluq edənlərin siyahısına"Zzz.Salman”, "Qedir Cabbarov”, "b dizayner”, "Züleyxa Ağayeva” daxildir.

- Dörd kanalda trolluq edənlərin, başqa sözlə, "əməkdar troll” adına iddia edənlərin sırasında "FERRUX ELIYEV”, "Roma memmedov”, "САБИНА”, "Muxaliv Genceli” yer alır.

- "Əməkdar troll” adına layiq olanların, yəni 5 kanalın hamısında trolluq edənlərin siyahısında isə hələ ki "ovçu cəfərli” təkdir.
 

 


"Bəs bu trol - moderatorların və adi trolların saxta dəstək görüntüsü yaratmaqdan başqa hansı funksiyaları var?” - deyə sual edə bilərsiniz.
 

 


Yuxarıda qeyd edildiyi kimi, moderatorlar canlı yayım zamanı "like” və "abunə” üçün xahişlər edir, əks fikirləri silir, blok edir, efirə zəng etmək üçün öyrədilmiş şəxsləri müəyyənləşdirir, bəzən yalvarış dolu xahişlər edirlər ki, efirə zəng etsinlər. Ümumən götürdükdə, muzdla çalışan moderator - trollar həddən artıq savadsız və dözümsüzdürlər. Aparılan müşahidələr göstərir ki, bir çox hallarda moderatorlar qonağın kimliyini, hətta adını belə bilmirlər. Məsələn, "Azərbaycan saatı” kanalının moderatoru "HÜSEYN AŞİQİ” Fuad Qəhrəmanlı ilə Fuad Əhmədlini bir-birindən ayırd edə bilmir. Yaxud, həmin kanalın başqa bir moderatoru "Hər Şey Azərbaycan Üçün” Emin Əhmədbəyovla Emin Zivərbəyovu fərqləndirməyi bacarmır.
 

 


Eyni zamanda, onların moderator kimi polemika aparmaq, yaxud diskussiyaya nəzarət etmək bacarıqları da "0”-ın altındadır: əks fikir görən kimi dərhal rəyi silir, yazan şəxsi isə bloklayırlar. Fərqli fikir yazanları blok etdikdən sonra bu moderatorlar "filankəsi blokladım”, "filankəsin səsini kəsdim” deyərək qürrələrnirlər də. Bu da, təbii ki, onların intellektinin çox aşağı səviyyədə olmasından xəbər verir.
 

 


İnsaf naminə qeyd etmək lazımdır ki, moderator-trolların işi çox "ağırdır”. Birincisi, moderator adına yüksəlmək istəyənlər ya uzun müddət trolluq etməli, ya da Məhəmməd Mirzəlinin, Qənimət Zahidin, Sevinc Osmanqızının tanışı olmalıdırlar. Adi trollardan fərqli olaraq, onlar uzun müddət kanalın canlı efirində qalmalı, rəysilmə və bloklama işini yüksək səviyyədə reallaşdırmalıdırlar. Məsələn, "Osmanqızı TV” kanalının moderatoru olmuş "Kasıb insan” etiraf edir ki, bəzən Sevinc Osmanqızının göstərişi ilə səhərədək kanalda keşik çəkməyə məcbur olub.
 

 


Moderatorlarla yanaşı, adi trollar da canlı yayımlara və statik videolara tənqidi fikir yazanları küçə söyüşləri ilə təhqir edirlər. Onların intellektual səviyyəsi moderatorlardan da aşağıdır. Belələri canlı efirdə rəy sayı çox görünsün deyə kanalları tez-tez dəyişməklə, fərqli adlar altında "istefa”, "salam”, "trolları rədd edin”, "yaşasın Əli bəy”, "Qənimət bəy ürəkdir”, "gözəl Sevinc xanım” kimi primitiv ifadələr yazır, hakimiyyət əleyhinə təhqirlər yağdırırlar. Bir qisim trollar da var ki, canlı efir zamanı əsasən məişət söhbətləri edir, hətta kanaldan əks cinsin nümayəndəsi olan "həmkarları” ilə tanış olmaq üçün istifadə edirlər...
 

 


Beləliklə, radikal müxalifətin nəzarətindəki "youtube” kanallarında saxta dəstək görüntüsü yaradan, təhqiredici rəylər yazan, fərqli fikrə dözümü olmayan trol şəbəkəsi bu cür ifşa edildi. Əminik ki, yuxarıda adları çəkilən moderator və adi trollar özlərində güc tapıb "Cim-bom 1905” və "Kasıb insan” kimi bu zəncirin həlqəsi olmaqdan əl çəkəcəklər. Anti-Azərbaycan şəbəkəsinin çirkli pullarından onlara ayrılan 100-150 manatdan, antimilli

qüvvələrin əlində oyuncağa çevrilməkdən imtina edəcək, heç olmasa bundan sonra cəmiyyətin yararlı üzvü olmaq üçün cəhd edəcəklər...

P.S. Yazıdakı bəzi məlumatların dəqiqləşdirilməsində kömək göstərdiklərinə görə moderator trollardan olan tanışlarımıza təşəkkür edirik...

OXŞAR XƏBƏRLƏR