TÜRKİYƏDƏ SEÇKİ:Ərdoğan paytaxtı itirdi, İstanbulda AKP qazandı

TÜRKİYƏDƏ SEÇKİ:Ərdoğan paytaxtı itirdi, İstanbulda AKP qazandı
Son məlumata görə, Ankarada CHP, İstanbulda AKP qazanıb.

Bu dəqiqələrdə Binəli Yıldırım jurnalistlərin qarşısına çıxaraq, İstanbulda bütün məntəqələrin səslərin sayıldığını bildirib.

O, alınan nəticəyə görə, qələbə qazandığını bəyan edib.

***


Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb.

İndiyə qədər səslərin 90,37 faizi sayılıb.

Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 51,75 faiz səslə öndədir.

Millət İttifaqı (CHP-İYİ) isə 37,65  faiz səslə Cümhur İttifaqını təqib edir.

"Cumhur” sabiq spiker Binəli Yıldırımın (48.73 faiz) simasında İstanbulda, o cümlədən Trabzon, Konya, Sivas, Ərzrum, Şanlıurfa, Ağrı, Ordu, Malatiya, Dənizli və digər şəhərlərdə üstündür.

Hazırda 99 faizə yaxın sayılan səslərə görə, İstanbulda CHP-li Əkrəm İmamoğlu isə 48.63 faiz səs toplayıb.

"Millət”in CHP-li namizədi Tunç Soyer İzmirdə mütləq üstünlüklə – təxminən 58 faiz səslə öndədir. Hazırkı nəticələrə görə, CHP İzmirlə yanaşı, Eskişhər, Antalya, Adana, Yalova, Ədirnə, Təkirdağ, Artvin, Aydın, Muğla və digər bir neçə iri şəhərlərdə də mütləq qələbə qazanır.

Ankarada isə CHP-li Mənsur Yavaş (50.54) ilə AKP-li Mehmet Özhaseki (47.27) arasında mübarizə davam edir. Bu şəhərdə isə səslərin 92 faizə yaxını sayılıb.

MHP isə İğdır, Ərzincan, Karabük, Kastamonu, Balıkesir, Manisa, Kutahya, Amasiya, Karaman, Çorum və Bayburtda qələbə qazanır.

HDP isə Diyarbəkir, Hakkari, Batman və Vanda mütləq qələbə qazanırlar.

Partiyalar üzrə ümumi nəticə belədir:

1. AKP – 44,99 %

2. CHP – 30,26%

3. İYİ Partiyası – 7.39%

4. MHP – 6.76%

5. HDP – 3.99%

6. Səadət Partiyası – 2,46%

OXŞAR XƏBƏRLƏR

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...