TÜRKİYƏ 2 NÜFUZLU ŞƏXSİ ABŞ-a GÖNDƏRDİ –\"Arxa qapı\" diplomatiyası effekt verəcəkmi?

TÜRKİYƏ 2 NÜFUZLU ŞƏXSİ ABŞ-a GÖNDƏRDİ –\
Sərdar Turqut,

"Habertürk”ün Vaşiqnton təmsilçisi, 06 may 2019-cu il


"Arxa qapı” diplomatiyası – vəzifəli şəxslərin tutduğu mövqelərlə bağlı rəsmi əlaqələrdə söyləyə bilmədiklərini də söyləyə bildiyi, pozulan münasibətlərin önünün açılması üçün rəsmi siyasətdən kənara çıxaraq yeni vasitələrin axtarıldığı, demək olar ki, bütün ölkələr tərəfindən istifadə edilən bir üsuldur. Tansu Çillərin Vaşinqtona göndərilməsini müdafiə etdiyim yazımdan etibarən mən, ABŞ-la münasibətlərdə bu üsulun yenidən yoxlanılmasının lazım olduğunu düşünürəm.

Bildiklərimi yazmırdım

Türkiyə bu üsulu təkrar yoxlamağa başlayıb. Məsələni uzun müddət idi ki, bilirdim. Bu iş üçün bura gələnləri, keçirdikləri görüşləri, işlərin necə getdiyini – hamısını bilirdim. Uzun müddətdir bilirdim, amma yazmadım. Çünki "arxa qapı” diplomatiyası, adından da anlaşıldığı kimi, ictimaiyyət önündə danışılmayanların da danışıldığı yerdir.

Məni yazmamağa sövq edən, istəmədən də olsa, açılmaq istənən bir qapının qapanmasına yol aça bilmək qorxusu idi. Vaşinqtondan hər bir xəbəri verdiyim zaman da, burada hər bir hadisə baş verəndə də bu narahatlığı keçirirəm.

Ancaq 3 may 2019- cu ildə Hande Fırat "Hürriyet”qəzetində "”Arxa qapı” yenidən dövrədə” başlıqlı bir yazı yazıb. Bu yazıdan anladım ki, məndə olan narahatlıq Ankarada o qədər də yoxdur. Bu səbəblə, məsələdən bu gün bəhs etməyə qərar verdim.

İlk öncə "C”, sonra da "M” gəldi


Bura gələn şəxslərin kimliyini və nə danışdıqlarını anlatmayacam. Bir-birinin ardınca iki nüfuzlu şəxs "arxa qapı” diplomatiyası üçün Vaşinqtona gəldi. Birinci gələni sadəcə "C” olaraq adlandıracam. "C”, illər öncə Ərdoğanın beynəlxalq dairələrdə ilk yüksəlişi dövrlərində bu işi Vaşinqtonda effektli bir şəkildə görmüş şəxsdir.

Ondan sonra gələni isə "M” adlandıracam. O da Ərdoğana çox yaxın olan, onu bir çox adamdan daha yaxşı tanıyan və sirlərini bölüşə bilən bir şəxsdir. "M” də gəldi, bəzi görüşlər keçirdi.


Əslində, bu, münasibətlərin düzəlməsinin önünü açar da


ABŞ-Türkiyə görüşləri dalana girdiyinə, iki ölkə də məlum mövqelərini davamlı təkrarlamağa başladığına və "qüsurlu dövrə” yarandığına görə "arxa qapı”nın açılması istənilir. Rəsmən ifadə edilməyən yeni fikirlər müzakirə edilsin və münasibətlər müsbət yöndə inkişaf etməyə başlasın deyə, "arxa qapı” diplomatiyası düşünülür.

Əslində, mənim çox dəstəklədiyim və olmalı olan da budur.

Keçmiş dövrlərdə bu üsulla uğurlar əldə edilib. Çünki Türkiyəni Konqresdə dəstəkləməyə hazır olan bir lobbi də vardı. O günlərdə prezidentlərə "arxa qapı”dan bir yol açılan zaman oradan keçilər və Konqresdən də dəstək alınardı.

Tərcümə Strateq.az-ındır

OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...