Trampla Putinin görüş tarixi və saatı açıqlandı

Trampla Putinin görüş tarixi və saatı açıqlandı

ABŞ və Rusiya Prezidentləri iyunun 28-də Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində görüşəcəklər.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib. 

Onun sözlərinə görə, Donald Trampla Vladimir Putinin görüşü saat 14:00-da baş tutacaq.

Bu məqamda bildirək ki, daha öncə Tramp jurnalistlərə açıqlamasında Putinlə məhsuldar danışıqları olacağını bildirsə də, mövzu barədə danışmaqdan imtina edib: "Mənim Putinlə çox yaxşı söhbətlərim olacaq. Nə barədə danışacağım isə sizin işiniz deyil”.

Qeyd edək ki, G20 sammiti 27-28 iyun tarixlərində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR