Trampla \"fotoşoplu\" şəkli yayılan Mənsimovdan AÇIQLAMA - FOTO

Trampla \

Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampla birgə "fotoşop"lu şəkillərinin yayılmasına münasibət bildirib.

Sfera.az istipress-ə istinadən xəbər verir ki, Dəniz xəbər agentliyinə açıqlama verib. İş adamı barəsində bəzi iddiaların yayılmasının onu çox təəssüfləndirdiyini deyib.

"Mənim Facebook-da şəxsi hesabım yoxdur. Sadəcə, şirkətimiz adına açılan səhifə var. Mənim adıma olan onlarla saxta profil var. ABŞ prezidenti Donald Trampla "fotoşoplu" rəsmlər bu saxta hesablardan birində yayımlanıb. Azərbaycanda bir neçə mətbuat qurumu bu xəbərləri saxta hesablardan götürərək yaydıqdan sonra rəsmlərin "fotoşoplu" olduğunu qeyd edib, insan haqlarımı pozub. Bundan başqa "Palmali" şirkətinin Bakı ofisindən bir dostumuz bu "fotoşoplu" rəsmləri alıb bir neçə yerə göndərib".

İş adamı ABŞ prezidenti ilə tanışlığı olduğunu da qeyd edib. Onun sözlərinə görə, Tramp prezident seçildikdən sonra  20 yanvar tarixində keçirilən andiçmə mərasiminə dəvət edilib. "Daha sonra Konqresdə verilən qəbulda iştirak etdim. Burada Trampla görüşmək imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa söhbətimiz də oldu. Hətta ona ABŞ-da ofis açacağımızı da dedim". 

Facebook-da adına açılan profillərlə əlaqəsi olmadığını deyən M.Mənsimov barəsində təhqir dolu ifadələr yayan Azərbaycandakı bəzi mətbuat qurumlarını məhkəməyə verəcəyini də qeyd edib. 

Mərasimdən olan orjinal fotoları təqdim edirik:







OXŞAR XƏBƏRLƏR