Trampın qəbul etdiyi dərmanların SİYAHISI-nı həkimi AÇIQLADI

Trampın qəbul etdiyi dərmanların SİYAHISI-nı həkimi AÇIQLADI

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi yerli mətbuata müsahibəsində yeni prezidentin hansı dərmanları qəbul etdiyini açıqlayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, D.Tramp sızanaqların yaranmasının qarşısının alınması üçün müntəzəm olaraq tetrasklin antibiotiki qəbul edir.

Bundan başqa, ürək tutması riskinin azalması məqsədilə uşaq aspirini də yeni prezidentin qəbul etdiyi dərmanlar siyahısındadır.

Həkim Harold Bornsteynin sözlərinə görə, 70 yaşlı prezident saçlarının tökülməsinin qarşısının alınması üçün və prostat adenomasının müalicəsi üçün finasterid preparatını qəbul edir.


OXŞAR XƏBƏRLƏR