Trampın oğlu Senata ifadə verməyə çağırıldı

Trampın oğlu Senata ifadə verməyə çağırıldı
 

ABŞ Prezidenti Donald Tramlpın böyük oğlu Donald Tramp 2016-cı ildə ölkədə keçirilən prezident seçkisi qabağı kampaniyaya Rusiyanın müdaxiləsi işi üzrə ifadə vermək üçün Senatının Kəşfiyyat üzrə komitəsinə çağırılıb.

 

Məlumatı "DV” yayıb.

 

Bildirilib ki, senatorlar kiçik Donald Trampdan bir müddət əvvəl Konqresin müstəntiqlərinə "Rusiya təhqiqatı” ilə bağlı verdiyi cavabları təkrar soruşmaq niyyətindədirlər.

 

2017-ci ildə prezidentin oğlu komitənin qarşısında kəşfiyyat və hüquq komitələrində məsələ üzrə çıxış edib. Onda kiçik Tramp bildirmişdi ki, Moskvada "Tramp qülləsi”nin tikintisi barədə üzdən məlumatı olub.

 

ABŞ KİV-i bildirib ki, senatorlar ilk dəfədir Trampın ailə üzvləri ilə bağlı məsələni gündəliyə daxil ediblər.("Report”)


OXŞAR XƏBƏRLƏR