Trampın Nobel mükafatına namizədliyi irəli sürüldü

Trampın Nobel mükafatına namizədliyi irəli sürüldü
Yaponiyanın baş naziri Sindzo Abe ölkə adından ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Bu barədə "Politico" məlumat yayıb.

Trampın sözlərinə görə, o, bu barədə Abenin özü vasitəsilə məlumatlanıb. Yaponiyanın baş naziri bildirib ki, Trampın Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında sülhü qaydaya salması ilə bağlı əməyini qeyd etməyə dəyər.

"Yaponlar məhz Vaşinqtonun hərəkətləri nəticəsində özlərini təhlükəsizlik şəraitində hiss edirlər. Əvvəllər adanın üstündə raketlər uçurdu və sirenalar səslənirdi, amma indi hər şey bitib, onlar özlərini təhlükəsiz şəraitdə hiss edirlər", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Kim Çen Inla Donald Tramparasında keçiriləcək sammitə hazırlıqla əlaqədar Hanoya yola düşüb.


OXŞAR XƏBƏRLƏR