Trampın bu gün verəcəyi qərarın Azərbaycana iqtisadi təsirləri necə olacaq? - Eskpert ŞƏRHİ

Trampın bu gün verəcəyi qərarın Azərbaycana iqtisadi təsirləri necə olacaq? - Eskpert ŞƏRHİ
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp bu gün İrana dair qərarını açıqlayacaq.  Tramp İranla "altılar” qrupu arasında imzalanmış nüvə sazişindən çıxacağını elan edərək Tehrana qarşı yeni sanksiyalarla bağlı qərar verəcək.

ABŞ prezidentinin neçə vaxtdır İranla nüvə sazişindən çıxıb bu ölkəyə sanksiyalar tətbiq edəcəyi barədə gözləntilərin nəticəsi olaraq dünya birjalarında neftin qiyməti durmadan artmaqdadır. Neftin indiki bahalaşmasının yeganə səbəbi geosiyasi risklərin artmasıdır, çünki dünya bazarlarında neft qıtlığı hökm sürmür, bazara tələbatdan artıq neft çıxarılır. Hazırda "Brent” markalı neftin qiyməti 77 dollara yaxınlaşır. Neftin bu cür kəskin bahalaşması şübhəsiz ki, digər neft ölkələri kimi Azərbaycanın da valyuta gəlirlərinin kəskin artması ilə müşaiyət olunur.

Bəs Trampın bu günkü qərarından sonra neft bazarındakı bu mənzərə dəyişəcəkmi? Ən əsası bunun Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq?

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki,  Trampın İranla bağlı qərarı təkcə bu ölkəyə deyil, digərlərinə də dolayı, yaxud da birbaşa olaraq təsir edəcək. 

V.Bayramovun sözlərinə görə, ABŞ tərəfindən İrana sanksiyalar genişlənərsə, digər ölkələrin də həmin sanksiyalara qoşulması tələb olunarsa və İranda neft satışı ilə bağlı problemlər yaranarsa, "qara qızıl” dünya bazarında bahalaşmağa davam edə bilər: 

"Hələ ki, bu ölkənin neft satışında problemlər olmasa da, güman edilir ki, sanksiyalar genişlənəcəyi halda İranın gündəlik olaraq 1 milyon barel neft ixracı azalacaq. Bu hadisə isə neftin revazer qiymətinin yenidən qalxmasına səbəb ola bilər. Neftin revazer qiyməti artarsa, Azərbaycanın da neft satışından daha çox gəlir əldə etməsini müşahidə edə bilərik. Nəticədə ölkəyə daxil olan dolların həcmində artım olacaq”. 
V.Bayramov bildirib ki, İranla birgə Azərbaycanda dərman, avtomobil zavodu inşa edildiyi üçün Azərbaycan İrana tətbiq edilən sanksiyaların genişləndirilməsində maraqlı deyil. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR