Trampın avtomobil kolleksiyası - FOTOLAR

Trampın avtomobil kolleksiyası - FOTOLAR

ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın "Ağ Saray"a köçməsinə sayılı günlər qalıb.

Tramp yanvarın 20-da prezident kürsüsünə əyləşəcək. Avtomobillərə böyük maraq göstərildiyi açıqlanan yeni prezidentin avtomobil kolleksiyasına malik olduğu araşdırılıb. 4.5 milyard dollarlıq sərvət sahibi olmaqla yanaşı, illik qazancı 600 milyon dollar olan yerni prezidentin avtomobil kolleksiyasından bəzilərini təqdim edirik:

Kolleksiyasında iki Rolls-Royce markalı avtomobili olan Trampın zənginliyin göstərici olan bu markaya ayrı bir marağı olduğu görünür. 1956-cı ilə malik Rolls-Royce Silver Cloud avtomobili kolleksiyanın ilk avtomobili sayılır. Prezidentin son aldığı Rolls-Royce markalı avtomobil isə 1960-cı ildə istehsal olunan Phantom modelidir. Trampın daha çox bu avtomobilləri sürdüyü deyilir.

Yeni prezidentin kolleksiyasında ən bəyəndiyi avtomobillərdən biri Mercedes-Benz SLR McLaren gəlir. Qanadlara malik bu sport avtomobil V8 motora malikdir. O bu avtomobili 2005-ci ildə 544 min dollara alıb.

Trampın Kolleksiyasında elektriklə çalışan Tesla Roadster var. Teslanın ilk otomobili olan və iki oturacaqdan ibarət avtomobilin üstü açılır.

Kolleksiyada diqqət çəkən avtomobillərdən biri Maybach S600 modelidir. Partlayıcı quğulara qarşı davamlı olan bu avtomobilə ən çox ölkə rəhbərləri üstünlük verirlər. Görünür Tramp prezident olacağını düşündüyü üçün bu avtomobili alıb.

Donald Trampın kolleksiyasında olan avtomobillərdən biri 1997-ci il modelli Lombarghini Diablodur. Tramp sport avtomobili 2002-ci ildə almasına baxmayaraq, prezident seçildikdən sonra 460 min dollara satışa çıxarıb.

Kolleksiyasında mövcud olan Chevrolet Camaronun isə fərqli hekayəsi var. (sia)


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...