Trampı şoka salan etiraz - FOTO
20:16 / 31.07.2019
6083
ABŞ prezidenti Donald Tramp Virciniya ştatında tədbirdə çıxış edərkən qəribə etiraz ilə üzləşib.
"Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Tramp 2020-ci ildə baş tutacaq prezident seçkiləri ilə bağlı vədlərindən bəhs edərkən iştirakçılardan biri ayağa qalxaraq "Bizi geri göndərə bilməzsən!”, deyə qışqırıb. Daha sonra "Xaraba evinə qayıt”, " Nifrəti deportasiya et” şüarları yazılmış plakat qaldıran etirazçının Demokratiya Partiyasının üzvü İbrahim Samirah olduğu bildirilib.
Çıxışına davam edən Trampın hadisədən narahat olduğu diqqətdən yayınmayıb.