Trampdan şok qərar: Colan Təpələrinin suverenliyini tanıdı

Trampdan şok qərar: Colan Təpələrinin suverenliyini tanıdı
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə işğal olunmuş Suriya ərazisi olan Colan Təpələri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb.   Türkiyə, İran və digər ölkələr ABŞ-ın bu addımını sərt tənqid edib.   
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ İsrailin Colan Təpələri üzərində suverenliyini tanımaqla, yenidən beynəlxalq hüquqa etinasızlıq edib.   Netanyahu Trampın bu addımı qarşılığında minnətdarlığını bildirib: "İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb".   Qeyd edək ki, BMT və Avropa Birliyi İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımayıb.


OXŞAR XƏBƏRLƏR