Trampa cavab verən müsəlman qızı bütün sosial şəbəkələr müzakirə edir

Trampa cavab verən müsəlman qızı bütün sosial şəbəkələr müzakirə edir
 
Hələ 2015-ci ildə, prezidentliyə namizədliyi irəli sürülmədən öncə milyonçu Donald Tramp (ABŞ-ın indiki prezidenti) NBC News telekanalına qalmaqallı bəyanatla çıxış edib.  Çıxışında o qeyd edib ki, ABŞ-da müsəlmanlar üçün məlumatlar bazasını, eləcə də "onları izləmək üçün digər sistemlər də”  yaratmaq lazımdır.
1news.az-ın UNILAD-a istinadla verdiyi xəbərə görə, milyonçunun bu bəyanatı müsəlmanları əsəbləşdirirb. Eləcə də, müsəlmalar üçün xüsusi kartlar, onların şəxsiyyətini və dinini təsdiq edən sənədin olması müsəlmanların ikinci dərəcəli insan olması kimi göstərilir. Bu haqda heç kəs susmadı. Lakin gənc müsəlman xanımın Trampa cavabı daha tutarlı oldu:       
"Hörmətli @realdonaldtrump. Mənim adım Mərvədir və mən müsəlmanam. Eşitmişəm ki, siz bizim üçün ID-işarə düzəltdirmək istəyirsiniz. Buna görə də birini özüm üçün seçmək qərarına gəldim. Mənə baxarkən müsəlman olduğum bilinmir (hicabsız olduğunu nəzərdə tutur). Lakin bu işarə ilə müsəlman olduğumu fəxrlə nümayiş etdirəcəyəm. Mən sülh işarəsini seçmişəm, çünki bu işarə İslamı tərənnüm etdirir.

İslam – mənə ədalətsizliyə sinə gərməyi və birliyi öyrədib. İslam mənə günahsız bir heyvanın ölümünü bütün bəşəriyyətin ölümünə bərabər olduğunu öyrədib. Eşitmişəm ki, siz bizi izləmək istəyirsiniz. Möhtəşəm! Siz mənimlə yerli məktəbdəki Cancer Awareness təşkilatına gedə və ya xoşbəxlik yaymaqla məşğul olduğum iş yerinmə gələ bilərsiniz. 
Eləcə də siz, yerli məscidə gələrək evsizlər, yeməyə ehtiyacı olanlar üçün hazırlanan sendviç və buterbrodların hazırlanmasına baxa bilərsiniz. Beləcə, mənim sizdən və istənilən amerikalıdan heç nəyilə geri qalmayan insan, müsəlman olduğuma şahid ola bilərsiniz. Mənim addımlarımla gedərkən sizdən heç də fərqlənməyən insan olduğumu görə bilərsiniz. Salam aleykum!”
Mərvənin cavabı sosial şəbəkələrdə çoxlu sayda paylaşılaraq Trampa verilən ən gözəl cavab hesab edilir.



OXŞAR XƏBƏRLƏR