Dünya

Tramp və Kim Çen İnin Sinqapur görüşü milyonlarla dollara başa gəlib - AÇIQLANDI

Tramp və Kim Çen İnin Sinqapur görüşü milyonlarla dollara başa gəlib - AÇIQLANDI
12 iyunda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn arasında Sinqapurda keçirilən görüşə çəkilən xərcin məbləği açıqlanıb.

Sfera.az xəbər verir ki, görüşə ümumilikdə, 16,3 milyon Sinqapur dolları (12 milyon ABŞ dollarına yaxın) məbləğdə pul xərclənib. Bu barədə Sinqapur XİN-i məlumat yayıb.

Xərclərin əsas hissəsi sammit zamanı və sammitdən əvvəl təşkil olunan təhlükəsizlik tədbirlərinə xərclənib. Beynəlxalq mətbuat mərkəzinin açılmasına və fəaliyyətinə 4 milyon Sinqapur dolları (2,9 milyon ABŞ dolları) xərclənib.

Xatırladaq ki, 12 iyunda ABŞ və Şimali Koreya liderləri arasında keçirilən görüşdə Kim Çen İn ölkəsinə verilən təhlükəsizlik qarantiyası qarşılığında nüvə silahından imtina etmək haqda müqavilə imzalamışdı.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ