AdRiver
Tramp Suriyaya endirilən raket zərbələrinin əsl hədəfini açıqladı

Tramp Suriyaya endirilən raket zərbələrinin əsl hədəfini açıqladı

2017-ci ildə ABŞ-ın Suriyaya endirdiyi raket zərbələri ABŞ hakimiyyətinin kimyəvi yaxud kütləvi qırğın silahının tətbiqi ilə barışmayacağı barədə Çinə xəbərdarlıq addımı idi.

Sfera.az xəbər verir ki, bu sözləri "Fox News” kanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib. Raketlərin endirilməsi anı Çin dövlət başçısı Si Tzinpin və Trampın görüşü ilə üst-üstə düşdüyünə görə, işarə aydın idi.

"Mən ona dedim, cənab sədr, biz indicə Suriyadakı müəyyən edilmiş obyektlərə 58 raket buraxmışıq. Buraxılan hər raketin 700 mil məsafədə hədəfləri vurduğunu  təkrarladım. Bu Suriyanın uşaqlara qarşı kimyəvi qaz tətbiq etməsinə görə edildi. Biz bunu etməyə məcbur idik. Mən ona dedim ki, görüşü tərk edə bilər, ya da biz dostluq etməyə davam edək. O, getmədi, hər şey başa düşdü”, –Tramp belə deyib.

Xatırladaq ki, 2017-ci ildə ABŞ Suriyadakı bazalara raket-bomba zərbələri endirmişdi. Hücumdan əvvəl Dəməşq hökumətinin Xan-Şeyxun şəhərində dinc sakinlərə qarşı kimyəvi silah tətbiq etdiyi iddia olunurdu. 
 
Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---