Dünya

Tramp Nobel sülh mükafatına namizəd göstərilə bilər - VİDEO

Tramp Nobel sülh mükafatına namizəd göstərilə bilər - VİDEO
Koreya yarımadasının nüvə silahından təmizlənməsi ilə bağlı səylərinə görə, ABŞ prezidenti Donald Tramp Nobel sülh mükafatına iddia edə bilər.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Norveçin hakim partiyası "Tərəqqi” partiyasının üzvləri Xristian Tibrinq-Qyedde və Per-Villi Amundsen çıxış edib. Onların fikrinə görə, Nobel mükafatının verilməsi bu həssas prosesə öz töhfəsini verəcək. Onlar məhz Trampın KXDR ilə münasibətlərdə irəliləyişə nail olduğuna inanırlar.

Qeyd edək ki, Tramp daha əvvəl Nobel sülh mükafatına layiq olmadığını bildirmişdi.
 
 

 

Rəsul
Sfera.az
 

XƏBƏR LENTİ