Dünya

Tramp Meksika divarının şəklini paylaşdı - FOTO

Tramp Meksika divarının şəklini paylaşdı - FOTO
ABŞ prezidenti Donald Tramp öz "Twitter” səhifəsində Meksika ilə sərhəddə inşa olunan divarın şəklini paylaşıb.  
 
Ağ Ev rəhbəri seçkilərdən öncə verdiyi sözləri, əməldə də yerinə yetirdiyini vurğulayıb.
 
"Yalançı KİV-lər hər zaman yazır ki, guya biz heç bir YENİ DİVAR inşa etməmişik. Aşağıdakı fotoşəkildə yalnız divarın tikintisinin başa çatmış hissəsi göstərilib. Çox hündür, etibarlı və gözəldir”, - deyə Tramp bildirib.
 

Bundan əvvəl, ABŞ mətbuatında divarın konstruksiya nümunələrinin aşağı keyfiyyətli olduğu haqqında məlumat yayılmışdı. İddiaya görə konstruksiya kifayət qədər etibarlı deyil və onun detallarını mişarla belə kəsmək olar. Oxu.az


XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031