Tramp Krıma görə Obamanı ittiham etdi

Tramp Krıma görə Obamanı ittiham etdi

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.
 
Sfera.az APA-ya istinadən xəbər verir ki, D.Tramp özünün Tvitter səhifəsində yazıb: "Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?"
 
D.Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair "The New York Times" qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: "Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir".
 
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını ittiham edib və Milli Təhlükəsizlik Agentliyi ilə Federal Təhqiqatlar Bürosundan (FBİ) şübhələndiyini gizlətməyib: "İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən "New York Times" və "The Washington Post" kimi bədnam qəzetlərə ötürülür".   
 
Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser bir gün əvvəl prezident Donald Trampın Krım məsələsi ilə bağlı rəsmi mövqeyini ifadə edib. O bildirib ki, prezident Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözləyir.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...