Dünya

Tramp Kim Çen İnlə növbəti görüşü haqda danışdı

Tramp Kim Çen İnlə növbəti görüşü haqda danışdı
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə gözlənilən görüşü haqda danışıb.

Sfera.az xəbər verir ki, o, sammitin 6 noyabrda Konqresə keçirilən ara seçkilərdən sonra baş tutacağını deyib.

"Görüş ara seçkilərdən sonra baş tutacaq. İndi mən sadəcə gedə bilmərəm” - Tramp görüş haqda jurnalistlərin sualına cavab verərkən belə deyib.
 
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyanı ziyarət edərək Kim Çen İnlə görüşmüşdü.

Tramp və Kim Çen İn arasında ilk görüş isə 12 iyunda Sinqapurda baş tutmuşdu.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31