Dünya
Sİyasət

Tramp Kim Çen İnə söz verdi: “Başa çatmayan müharibə..."

Tramp Kim Çen İnə söz verdi: “Başa çatmayan müharibə...
ABŞ prezidenti Donald Tramp Koreya yarımadasında hərbi təlimləri dayandırmağa söz verib.

Sfera.az xəbər verir ki, o, bu barədə Sinqapurda baş tutan ABŞ və KXDR sammitinin nəticələrinə dair təşkil olunmuş mətbuat konfransında danışıb.
 
"Mən əsgərlərimizi evlərinə qaytarmaq istəyirəm. Lakin bu dərhal baş verməyəcək. Ümid edirəm ki, zamanla...” – o, belə deyib.

Trampın sözlərinə görə, o, "hərbi oyunları” çox təxribatçı saydığından dayandırmaq qərarı verib. ABŞ prezidentinin fikrinə görə, bununla da ABŞ xeyli pula qənaət edəcək.

Tramp ABŞ və KXDR arasında 1953-cü ildə atəşkəs müqaviləsi ilə fasilə verilən, lakin bu günədək başa çatmayan müharibəni formal olaraq başa çatdırmağa söz verib:

"Heç zaman başa çatmayan müharibədə atəşkəs imzalanmışdı, indi isə, tezliklə yekunlaşacaq”.

Rəsul
Sfera.az

AdRiver
loading...

XƏBƏR LENTİ