Tramp İmran Xana zəng etdi
14:30 / 20.08.2019
1649
ABŞ Prezidenti Donald Trampla Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı Tramp Pakistan liderini Hindistanla münasibətlərdə gərginliyi azaltmağa çağırıb. O, həmçinin, hər iki tərəfin Cammu və Kəşmirlə bağlı yaranmış situasiyada eskalasiyadan qaçmalı olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Tramp iki ölkə arasında yaranan gərginliyi Hindistanın Baş naziri Narendra Modi ilə müzakirə etmişdi.