Tramp: \"Divara görə vəsait ödəmirsə, Meksika prezidenti ilə görüşməyəcəm\"

Tramp: \

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Meksika hökuməti iki ölkə arasında divarın tikilməsi üçün vəsait ödəmək istəmirsə, onda Meksika prezidenti Enrike Peni Nyetonun yanvarın 31-ə planlaşdırılmış görüşü təxirə salınsa, daha yaxşı olar.

Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, D.Tramp bunu özünün Tvitter səhifəsində yazıb.

D.Tramp qeyd edib: "Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır".


OXŞAR XƏBƏRLƏR