Tramp arvadından boşanan "Amazon" rəhbərinə bunları arzuladı - VİDEO
19:52 / 11.01.2019
4768
Amerika lideri Donald Tramp "Amazon" şirkətinin həyat yoldaşı Makkenzi ilə ayrılacağını bəyan edən təsisçisi Ceff Bezosa uğurlar arzu edib.
Bu barədə CBS telekanalı məlumat yayıb.
"Nə etmək olar, mən ona uğurlar arzu edirəm. Mən ona uğurlar arzu edirəm", - deyə o bildirib.
Qeyd edək ki, "Amazon" "Microsoft"u geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.
Report.az