Dünya

Tramp ABŞ tarixində böyük casus qalmaqalının anonsunu verdi

Tramp ABŞ tarixində böyük casus qalmaqalının anonsunu verdi
ABŞ prezidenti Donald Tramp sabiq Milli Kəşfiyyat sədri Ceyms Klepperi seçki kampaniyası zamanı casusluq etməkdə ittiham edib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə "Twitter” səhifəsində yazıb:

"Klepper seçki kampaniyama qarşı casusluq etdiyini etiraf edib. Casusa külli miqdarda pul ödənilib, adi məbləğdən çox böyük. Hər şey ABŞ tarixində ən böyük siyasi qalmaqalın başlaması kimi görünür. "Spaygeyt” – dəhşətli şeydir!”.

Tramp sabiq FTB lideri Ceyms Komini "xüsusi xidmət orqanlarına zərər vuran, pis, korrupsiyalarmış lider” adlandırıb. 

Daha əvvəl o, seçki kampaniyasında FTB agentinin olması faktının təsdiqini tapacağı halda bunun ölkə üçün böyük rüsvayçılıq olduğunu demişdi.
 
Rəsul
Sfera.az

AdRiver
loading...

XƏBƏR LENTİ