Dünya

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Donald Tramp Florida ştatına yaxınlaşan "Maykl” qasırğası üzündən fövqəladə vəziyyət elan edib.

Sfera.az xəbər verir ki, Ağ Evin məlumatına görə, hakimiyyət nümayəndələrinə fəlakətin nəticələrinin aradan qaldırılması üçün dərhal kömək göstərilməsi tapşırığı verilib.

"Maykl” qasırğası artıq Kubaya çatıb və Floridaya doğru hərəkət edir. Küləyin maksimal sürəti saatda 150 km-ə çatır. Qasırğa mərkəzi Amerikada ən az 13 nəfərin ölümünə səbəb olub.
 

Rəsul
Sfera.az
 
AdRiver

XƏBƏR LENTİ